Dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq

Dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq
  • Cəmiyyət

  • Dekabrın 22-də Bakıda və Abşeron yarımadasında gün ərzində havanın bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Cənub-şərq küləyi əsəcək.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən LEQAL.AZ-a verilən məlumata görə, havanın temperaturu gecə 3-6° isti, gündüz 7-9° isti, Bakıda gecə 3-5° isti, gündüz 7-9° isti olacaq. Atmosfer təzyiqi 770 mm civə sütunu olacaq. Nisbi rütubət 70-80 % olacaq.

    Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi şərq rayonlarında az yağıntılı olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək.

    Havanın temperaturu gecə 0-4° isti, gündüz 5-9° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta olacaq.

    Dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.
    PAYLAŞ:

    Oxşar xəbərlər