“Böyük qayıdış”ın Qarabağa verə biləcəyi töhfələr

“Böyük qayıdış”ın Qarabağa verə biləcəyi töhfələr
  • Cəmiyyət

  • 44 günlük Vətən müharibəsində qazanılan şanlı qələbədən sonra ölkəmizin qarşısında duran ən mühüm vəzifə Qarabağ  regionunun  dirçəldilməsi, yenidən qurulması və insanlarımızın  ata-baba yurduna qayıtmalarıdır. İşğaldan azad edilmiş ərazilərd aparılan nəhəng quruculuq prosesi qüdrətli dövlətimizin siyasi iradəsini, müzəffər Ali Baş Komandan ətrafında sıx birləşə xalqımızın ruh yüksəkliyini ortaya qoyur. Ölkəmizdə iki ildir ki, “Böyük Qayıdış” planının gerçəkləşməsi üçün bütün imkanlar səfərbər edilib. 

    Hazırda işğaldan azad edilmiş ərazilərdə tikinti-quruculuq işləri sürətlə davam etdirilir, yeni yollar salınır, məktəblər, xəstəxanalar, uşaq bağçaları ictimai-iaşə obyektləri tikilir, nəqliyyat-kommunikasiya xətləri yenidən bərpa edilir.

    Bu ilin yanvar ayından etibarən işğaldan azad olunan ərazilərə müntəzəm səfərlərin təşkil olunması, mayın 27-də Zəngilan rayonunda “Ağıllı kənd” kimi nəhəng və möhtəşəm layihənin birinci mərhələsi üzrə Ağalıda “Ağıllı kənd”in açılışının baş tutması onu göstərdi ki, “Böyük Qayıdış” prosesi artıq başlayıb və insanlarımızın öz tarixi yurdlarına tam köçürülməsinə saylı günlər qalıb.   .                                                                                   
    Müharibədən sonra işğaldan azad edilmiş bölgələrimizdə bərpa və quruculuq işlərinə yeni müəssisələr və qurumlarla yanaşı bir çox xarici şirkətlər də dəvət alıb. Hazırda “Böyük Qayıdış”ı ləngidən əsas məsələlərdən biri erməni yaraqlılarının bu torpaqlarda basdırdığı minalar və partlamamış döyüş sursatlarıdır. Artıq iki ildən artıqdır ki, işgaldan azad edilən ərazilərin minalardan təmizlənməsi prosesi davam edir. Hazırda Qarabağda bərpa-quruculuq işləri çox qüvvətlə həyata keçirilir. Mənfur ermənilər tərəfindən tamamilə dağıdılan Şuşa, Ağdam, Cəbrayıl, Zəngilan, Qubadlı, Fizuli, Lacın və Kəlbəcərdə infrastruktur yenidən qurulur.

    Ötən müddətdə icrası başa çatan Güləbird SES, 7 yarımstansiya, Suqovuşan və Talışa gedən yollar istifadəyə verildi. Zəfər yolu, Füzuli Beynəlxalq Hava Limanı və digər layihələr başa çatdırıldı. Şuşa su və elektrik təchizatı ilə təmin edildi. Bülbülün ev muzeyi, Molla Pənah Vaqifin məqbərəsi, büstü, Ü.Hacibəylinin heykəli, “Xarıbülbül” və “Qarabağ” otellərinin açılışı hamımızı qürurlandırdı.

    Görülən işlər bunu əminliklə söyləməyə imkan verir ki, gözlənilən vaxtdan da tez insanlar öz  ata-baba yurdlarına qayıdacaqlar.                                 

    “Böyük Qayıdış” planına uyğun olaraq Qarabağ regionunda yol infrastrukturu da yenidən qurulur.  Prezdent İlham Əliyevin  müvafiq tapşırığına əsasən Şuşa şəhərində böyük quruçuluq işləri aparılır. Şəhərin baş planına əsasən tikiləcək yeni yaşayış komplekslərinin təməli qoyulub,  artıq bir coxları tikilib qurtarmaq üzrədir. Mədəniyyət paytaxtında həyata keçirilən bütün layihələr  tarixlə müasirliyin vəhdəti üzərində qurulacaq və tezliklə keçmişdə olduğu kimi Şuşa dünyanın ən gözəl şəhərlərindən birinə çevriliəcək.

    Beləliklə, Cocuq Mərcanlı kəndinin azad olunması ilə təməli qoyulan  “Böyük  Qayıdış” prosesi artıq həyata keçirilir. Bu  gün hec kim şübhə etmir ki, işğaldan azad edilən bütün ərazilərimiz tez bir zamanda inkişaf edəcək və dirçələcək. Mərhələləi şəkildə bu  hədəflər gerçəkləşəcək və hazırda bütün dünyanın diqqət mərkəzində olan Qarabağ bölgəsi yaxın gələcəkdə əvvəlki gözəlliyinə qovuşacaq.

    “Qarabağa Böyük Qayıdış” planınınn gerçəkləşməsi istiqamətində atılan son addımlardan biri Füzulu Beynəlxalq Hava  Limanının açılışı oldu. Ekspertlər bunu tarixi hadisə kimi qiymətləndirir və qayıdış prosesinə böyük töhfələr verəcəyini əminliklə qeyd edirlər.

    “Böyük Qayıdış“ planının həyata keçirilməsi Qarabağ reqionunun çiçəklənməsinə, iqtisadi  dirçəlişinə, mədəni  şöhrətinin  yenidən bərpasına  töhfə  verəcək və Azərbaycanın bütövlüyünü dünyaya göstərəcəkdir.                                               

    Qarabağ  Azərbaycandır! 

    Yaşasın  Bütöv  Azərbaycan!

     

           
    Cəsarət Həmidov,
    Yeni Azərbaycan Partiyası  Masallı  rayon  təşkilatının  fəalı
    PAYLAŞ:

    Oxşar xəbərlər