Sabahın hava proqnozu açıqlanıb

Sabahın hava proqnozu açıqlanıb
  • Cəmiyyət

  • Dekabrın 19-da gözlənilən hava şəraiti açıqlanıb.

    Milli Hidrometeorologiya Xidmətindən LEQAL.AZ-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

    Gecə və səhər bəzi yerlərdə duman olacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq, arabir güclənəcək.

    Havanın temperaturu Abşeron yarımadasında gecə 5-8° isti, gündüz 8-11° isti olacaq. Bakıda gecə 6-8° isti, gündüz 9-11° isti olacaq.

    Atmosfer təzyiqi normadan yüksək 769 mm civə sütunu olacaq. Nisbi rütubət 70-80 % olacaq.

    Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz olacaq. Lakin axşam bəzi şərq rayonlarında arabir yağıntılı olacağı, dağlıq rayonlarda qar yağacağı gözlənilir. Arabir duman olacaq. Qərb küləyi axşama doğru bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 4-8° isti, gündüz 10-15° isti, dağlarda gecə 3-7° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq.
    PAYLAŞ:

    Oxşar xəbərlər