Sabahın hava proqnozu açıqlanıb

Sabahın hava proqnozu açıqlanıb
  • Cəmiyyət

  • Dekabrın 12-də Bakıda və Abşeron yarımadasında hava arabir yağıntılı olacağı gözlənilir.

    Milli Hidrometeorologiya Xidmətindən LEQAL.AZ-a verilən məlumata görə, şimal-şərq küləyi əsəcək.

    Havanın temperaturu gecə 4-6° isti, gündüz 7-10° isti, Bakıda gecə 4-6° isti, gündüz 8-10° isti olacaq.

    Atmosfer təzyiqi 768 mm civə sütunundan 764 mm civə sütununa enəcək. Nisbi rütubət 75-85 % olacaq.

    Azərbaycanın rayonlarında əsasən yağmursuz hava şəraiti hökm sürəcək. Lakin bəzi şərq rayonlarında arabir yağıntılı olacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.

    Havanın temperaturu gecə 4-6° isti, gündüz 7-11° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-4° şaxta olacaq.
    PAYLAŞ:

    Oxşar xəbərlər