Müharibə dövründə xalqın birliyi və gücü

Müharibə dövründə xalqın birliyi və gücü
  • Cəmiyyət

  • Müstəqillik qazandıqdan sonra ilk vaxtlar böhranlı illər olsa da zamanla problemlər həllini tapmağa başladı. Azərbaycan iqtisadi inkişaf yoluna qədəm qoyduqdan sonra dünya ölkələri ilə əməkdaşlıqlar etməklə  öz nüfuzunu daha da artırdı. İllər boyu başlıca problemimiz olan işğal olunmuş torpaqlarımızın geri qaytarılmaması. Yəni Azərbaycanın ərazi bütövlüyünün təmin olunmaması çox böyük narahatlıqlar yaradırdı. 2020-ci ildə ölkəmiz ən böyük nailiyyəti əldə etdi, son 30 ilin əsas yekunu torpaqlarımızın işğaldan azad olunmasıdır. 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxışlarında bu  barədə daha ətraflı danışıb.
                 
    Bəli, Azərbaycan 44 gün ərzində tarixi Qələbə qazanaraq öz torpaqlarını azad etdi, düşmənə sarsıdıcı zərbələr endirdi, Ermənistanı məğlub etdi. Azərbaycanın fədakar, qəhrəman oğullarının rəşadəti sayəsində Ermənistanın 30 il davam edən işğalçılıq siyasətinə son qoyuldu və tarixi ədalət bərpa edildi.

    Toplantıda  “Şanlı Qələbəmiz bizim güclü iradəmizi, xalqımızın güclü əzmini bütün dünyaya nümayiş etdirdi, Azərbaycan dövlətinin gücünü nümayiş etdirdi”, deyən Prezidentimiz  İlham Əliyev xüsusilə vurğulayıb ki, “Bu gün müstəqil Azərbaycan dövləti özünün ən şanlı dövrünü yaşayır. Azərbaycan tarixdə heç vaxt bu qədər güclü olmamışdır”.
                 
    Azərbaycan dövlətinin gücü yürüdülən siyasət, iqtisadi uğurlar, xalq-iqtidar birliyi, hərbi  qüdrəti, regionda oynadığı müsbət roldan qaynaqlanır. Prezident İlham Əliyevin dediyi kimi :  “Biz bu gücdən istifadə edərək qarşımızda duran əsas vəzifəni şərəflə yerinə yetirdik”.
                 
    Özünü güclü və məğlubedilməz  qələmə verən, əslində isə qorxaq və pərakəndə olan Ermənistan ordusu 44 gün ərzində darmadağın edildi.Hadisələr göstərdi ki, Ermənistan ordusu yoxdur və heç bir vaxt olmayıb. Separatçılar işğalçılıq siyasəti yürütməklə  planlarını həyata keçirmək üçün hər cür iyrənc vasitələrdən istifadə etsələr də ədalət qalib gəldi.    Ermənistan faktiki olaraq diz çökdü, məcbur olub noyabrın 10-da kapitulyasiya aktına imza atdı. 30 ildən sonra qazanılan qələbə, həm də xalqın birliyi, dövlət başçısının qətiyyəri sayəsində qazanılan zəfər təbii ki, prezidentimizin dediyi kimi; “Bu Qələbə tarixdə əbədi qalacaq”.  Bu Qələbə bütün dünyaya sübut etdi ki, Azərbaycan dövlətinin sözü ilə əməli arasında heç bir fərq yoxdur.  Hələ müharibə dövründə dəfələrlə xalqa müraciət edən, daha doğrusu vətən müharibəsinin gedişi barədə  məlumat, azad olunan yurd yerləri barədə müjdə  verən dövlətimizin başçısı müşavirədə  qeyd edib ki, qarşıda duran vəzifələr çoxdur.
                   
    Prezidentimiz dəfələrlə bəyan edib, dünyanın müxtəlif ionformasiya agentliklərinə müsahibələrində də bildirib ki, tarixi Azərbaycan torpaqlarında heç vaxt ikinci erməni dövləti yaradılmayacaq. Heç vaxt Dağlıq Qarabağa müstəqillik verilməyəcək.   Azərbaycan xalqı bu vəziyyətlə heç vaxt barışmayacaq. Azərbaycan münaqişəni istənilən yolla həll edəcək.
                   
    Bütün təzyiqlərə, təhdidlərə, ermənipərəst dövlətlərin riyakarlıqlarına  baxmayaraq, dünyada kifayət qədər güclü erməni lobbisi olmasına, bir çox aparıcı dövlətlərin Ermənistanı dəstəkləməsinə baxmayaraq Azərbaycan dövləti öz vədini yerinə yetirdi.
                   
    Azərbaycan ordusu torpaqları işğalçılardan təmizləyərək düşməni qovurdu, onlar isə geri baxmadan qaçıdı. Ermənistan öz alçaldıcı məğlubiyyətini etiraf etdikdən, diz çökdükdən,  ağ bayraq qaldırdıqdan sonra Azərbaycan ordusu dayanıb.
    Hər çıxışında vətən müharibəsi iştirakçılarının rəşadətindən danışan  və onların qəhrəmanlıqlarını təqdir edən Prezident İlham Əliyev bildirir ki,  “Biz tarixi ədaləti bərpa etdik. Biz bütün dünyaya gücümüzü göstərdik”.
             
                     
    Düşmənin müharibə bölgəsindən çox-çox uzaqlarda olan ərazilərimizi də raket atəşinə tutmasına, dinc insanları ölümünə səbəb olan terrorlara  baxmayaraq  Azərbaycan müharibə aparılmasını tənzimləyən konvensiyalara, beynəlxalq humanitar hüquqa əməl edərək Ermənistan ərazisinə girmədi, dünyaya ədalətli, əxlaqlı orduya malik olduğunu göstərdi.
                 
    Prezident İlham Əliyev: “Biz özümüzü ermənilər kimi apara bilmərik, biz azərbaycanlıyıq, biz özümüzə hörmət edən xalqıq”.Bu gün Ermənistanı bürümüş böhran onların işğalçılıq siyasətinin nəticəsidir. Bəli, əgər  o dövlətin rəhbərliyi xalqın həyat tərzinin yaxşılaşmasını, dövlətiln inkişafını düşünsəydi bu gün orada böhran və xaos yaranmazdı. 


                     

    Ülvi Rufullayev,
    Masallı rayon Binə xocavar məktəbi
    PAYLAŞ:

    Oxşar xəbərlər