Cəlilabadda yol tikintisinə 17,2 milyon manat ayrıldı - SƏRƏNCAM

Cəlilabadda yol tikintisinə 17,2 milyon manat ayrıldı - SƏRƏNCAM
  • Cəmiyyət

  • Prezident İlham Əliyev Cəlilabad rayonunun Abazallı–Təklə–Şorbaçı–Mədətli–Novruzallı–Məmmədrzalı–Məşədilər–Dostallı–Şötüklü–Boyxanlı–Məlikqasımlı və Şiləvəngə–Adnalı–Bədirli avtomobil yollarının tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

    LEQAL.AZ xəbər verir ki, Sərəncamla on dörd min nəfər əhalinin yaşadığı 14 yaşayış məntəqəsini birləşdirən Abazallı–Təklə–Şorbaçı–Mədətli–Novruzallı–Məmmədrzalı–Məşədilər–Dostallı–Şötüklü–Boyxanlı–Məlikqasımlı və Şiləvəngə–Adnalı–Bədirli avtomobil yollarının tikintisi məqsədilə “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.26.18-ci yarımbəndində göstərilmiş məbləğdən 7,0 (yeddi) milyon manat və 1.26.23-cü yarımbəndində göstərilmiş 10,2 milyon (on milyon iki yüz min) manat olmaqla ümumilikdə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 17,2 milyon (on yeddi milyon iki yüz min) manat ayrılıb.

    Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin edəcək.

    Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll edəcək.
    PAYLAŞ:

    Oxşar xəbərlər