Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə rəşadət göstərən əsgər və zabitlərimiz, arxa cəhbədə çalışan mülk insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümaiş etdirərək düşmənə sarsıdıcı zərbələr endirmişdir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ordumuzun zəfər yürüşünə dözə bilməyən düşmən təxribatlara əl ataraq günahsız mülki insanları hədəf almaqla müharibə cinayəti törədirdilər. Təbbi ki, cənab prezidentimiz İlham Əliyev Ermənistanın bu cinayətlərinə göz yunmurdu. Onlara əsl cavabı rəşadətli ordumuzun köməyi ilə hərb meydanında verirdi.
Uzun illər davam edən müzakirələrdən, danışıqlardan, həsrətdən, sarsıntıdan, göynərtilərdən yorğun düşmüş Azərbaycan xalqı əsgə və zabitlərimizin doğma torpaqlarımızda bayraqlarımızın dalğalanmasını qürurla izlədi. Sözün əsl mənasında bu hadisələr sadəcə hərbi uğurlar deyil, tarixi ədalətin beynəlxalq hüququn bərpasıdır. Çünki Qarabağ Azərbaycanın əzəli və tarixi torpaqlarıdır. Nəinki Azərbaycan xalqı, bütün dünya Cənab Prezident İlham Əliyevin yeni tarix yazdığın öz gözləri ilə gördülər.
Nəinki ölkə vətəndaşları, hətda dünyanın müxtəlif ölkələrində yaşayan xalqımız öz prezidenti ətrafında necə sıx birləşdiyini, dövlət başçısının ümumi ali məqsəd naminə, Azərbaycan torpaqlarının işğaldan azad edilməsi naminə birləşməyə çağrışını gənclərimizin necə qətiyyət və mərdiklə qəbul etdilkərini hərkəs gördü.
Bu gün Azərbaycan xalqı hansı səviyyədə uğurlu sərkərdəyə - Ali Baş Komandana sahib olduğunu aşkar gördü. Cənab Prezident İlham Əliyev yalnız hərb meydanında müzəffər sərkərdə deyil, diplomatik cəhbədə böyük strateq nümunəsi ortaya qoydu. İnformasiya müharibəsində Azərbaycanın xalq səsi oldu, cəsarətlə bütün təziyqlərə sinə gərd, öz xalqı ilə vəhtətdə olan lider kimi mübarizlik rəmzinə çevrildi.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ordumuz Ermənistanı hərbi kapitulyasiyaya getməyə məcbur etdi. 10 noyabr bəyannaməsi uzun illər davam edən işğala son qoydu. 10 noyabr bəyanatının imzalanması ilə münaqişənin hərbi mərhələsi başa çatdı. Tarixi torpaqlarımız olan Ağdam, Laçın və Kəlbəcər rayonları qan tökülmədən bizə qaytarıldı.
Üçtərəfli bəyannat xalqımızın birliyinin təntənəsidir. 44 günlük Vətən müharibəsində bütün dünya xalqımızın birliyini gördü. Ölkəmizdə yaşayan bütün millətlərin nümayəndələri cəsarət göstərərək, düşmənlə vuruşaraq Azərbaycanın ərazi bütövlüyünü bərpa etdilər.
Erməni işğalı altında olan son rayonumuz – Laçın Azərbaycan, Ermənistan və Rusiya dövlət başçılarının 10 noyabr tarixində imzaladığı Birgə Bəyannata uyğun olaraq, dinc yolla öz əsl sahibinə qaytarıldı. Ölkəmizin ən böyük rayonlarından biri olan Laçının şəhid vermədən erməni işğalından azad edilməsi ölkəmizin ictimai-siyasi həyatında möhtəşəm tarixi hadisəyə çevrilib. Təbbi ki, düşmən buna öz xoşu ilə razı olmadı. Həm Cənab Prezident İlham Əliyevin uğurlu xarici siyasəti, həm də Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycanın Silahlı Qüvvələrinin cəhbələrdə əldə etdiyi qeyri-şərtsiz qələbənin məntiqi davamı idi.
Rafis Babayev,
Hüseynhacılı kənd tam orta məktəbin tarix müəllimi