Dövlət Sərhəd Xidmətinin (DSX) əsgəri özünü güllələyib.
Baş Prokurorluğun Mətbuat xidmətinə LEQAL.AZ-ın sorğusuna cavab olaraq bildirilib ki, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının N saylı hissəsinin əsgəri Baxşəliyev Onur Nazim oğlunun istifadəsində olan silahla özünə atəş açması nəticəsində xəsarət yetirməsi faktı ilə bağlı hazırda Lənkəran hərbi prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başlanıb.
Hazırda qeyd olunan iş üzrə istintaq davam edir.