Əməkdar artist, xanəndə Süleyman Abdullayev vəfat edib.
LEQAL.AZ xəbər verir ki, bu haqda aparıcı Hacı Nuran Hüseynov məlumat verib.
“Bu dəqiqə gözəl insan, xanəndə, Azərbaycan Respublikasının əməkdar artisti Dədə Süleyman (Süleyman Cümşüd oğlu Abdullayev) dünyasını dəyişdi. Azərbaycan muğam sənətinin ustadı Dədə Süleyman gözlərini əbədi yumdu. Onun sağalacağına o qədər ümid edirdik ki ... Təəssüf ki onu qurtara bilmədik ... 83 yaşlı sənətkar köçdü bu dünyadan ...”, - deyə aparıcı qeyd edib.