Görüşünə gəlim Şuşa.
Sülh quşunu uçuracam
Yatmışları ayıldacam
Mən özümə qayıdacam
Görüşünə gəlim Şuşa
Darıxmışam düzünə mən
Necə vurğun özünə mən ?
Tab gətirdim dözümə mən
Görüşünə gəlim Şusa.
Neçə ildir ayrılmışıq
Od içində bir yanmışıq
Düşməni dərdə salmışıq
Görüşünə gəlim Şuşa.
Görüşünə tələsirəm
Həyəcandan mən əsirəm
Hər yerdə səni gəzirəm
Görüşünə gəlim Şusa.
Həsrətə son qoyulacaq
Bütün torpaq alınacaq
Təzə yollar salınacaq
Görüşünə gəlim Şusa.
Boynu bükük qalıb gülüm
Oxumur xarı bülbülüm
Hüzurunda məğrur elim
Göruşünə gəlim Şusa.
Tahir Ələkbərli
LEQAL.AZ