“30 ildir 63 şəhid körpə və 3 ildir Zəhra başımızın üzərində cənnət quşu kimi qanad çalır, oxuyurlar”
İran İslam Respublikasında yaşayan Əlirza Bəhrami adlı şair Azərbaycan və Ermənistan arasında baş verən müharibəyə aid sülh çağırışları edən şer yazmış və kiçik şeri erməni, İngilis, Türk və Azərbaycan dillərinə tərcümə etdirmişdir. Bununla əlaqədar şərqşünas –yazar Əli Rzazadə öz sosial şəbəkə hesabında şairə Azərbaycanın haqq savaşının detallarını anladan cavab məktubu paylaşmışdır.
Əli Rzazadə yazır:
“Tanınmış İran şairi Əlirza Bəhrami Qarabağda cərəyan edən döyüşlər haqda tərəfləri sülhə səsləyən kiçik bir şer yazıb.Öz dediyinə görə Qarabağ savaşına qarşı poetik hərəkata başlamışdır. Şeri yazmaqla yanaşı, böyük zəhmət və vaxt sərf edərək onu erməni, Türk, ingilis, Azərbaycan dillərinə tərcümə etdirmiş, bir çox mediaya müraciət edərək şerin yayılmasını xahiş etmişdir.
Bu gün təsadüfən həmin şeri oxudum və çox hörmətli ədəbiyyat adamı Əlirza Bəhrami bəyə ürək sözlərimi bildirməyi özümə borc hesab etdim.
“Hörmətli Əlirza Bəhrami, bilirəm, qələm adamları həssas olurlar və məlum sülh çağırışınız sizin həssaslığınızın göstəricisidir. Əlbəttə, sülh gözəldir, dünyamızın dinc və sakitliyi hər birimizin arzusudur. Hansı ki, 30 ildir biz də ayaqlanmış haqqımızı yalnız həmin sülhlə təmin olunmasını arzu etmişik.
Siz bizə ən yaxın qoşuluqda yaşayırsınız və şübhə etmirəm ki,tarixin heç bir dövründə Azərbaycanın hər hansı bir müharibəni başlatmadığını, hansısa savaşa haqq qazandırmadığını bilməmiş olasınız.
Və bunu da bilməmiş deyilsiniz ki, əsrlərdir humanistliyindən, sülhsevərliyindən öz ərazi bütövlüyü daim kənar təcavüzlərə məruz qalıb, torpağının çox bir hissəsini itirib. Xatırladım ki, doxsanların əvvəllərindəqanı bahasına azadlıq, müstəqillik əldə edəndən dərhal sonra isə Azərbaycanın ərazisinə növbəti hücumlar başladı və 20 faiz əraizisi yenidən işğal olundu. Bu təcavüz nəticəsində yüzlərlə insan şəhid oldu, bir milyondan artıq azərbayanlı öz yurdundan məcburi köçürüldü. 1992 ci ilin 26 fevral tarixində təkcə Xocalıda bir gecədə ermənilər tərəfindən 613 nəfər azərbaycanlı şəhid oldu. Onlardan 63 nəfəri uşaq idi. Və 30 ildir Azərbaycan münaqişənin sülh yolu ilə həll edilməsinin tərəfdarıdır.
Siz şerinizdə bütün bu olanlara rəğmən Azərbaycanı belə bir işğalçı, zalım rejimlə sülh bağlamağa səsləyirsiniz. Məgər indiyə kimi məzlumiyyətə boyun əyməyi zillət hesab edən İmam Hüseyn (ə) şərəfinə yazdığınız çoxsaylı şerlərlə porodoks təşkil etmirmi?
Bizim savaşımız haqq savaşıdır, haqq isə nahaqq qarşısında əyilməz, “sülhə” getməz. Bizim əsgərlərimiz, generallarımız öz torpağımızın müdafiəsi və haqqın qələbə çalması uğrundaöz torpaqlarımızda şəhid olurlar, yad ellərdə deyil.
Bəli, sülh gözəldir. O sülh ki, biz 30 ildir münaqişənin sülh yolu ilə həll olunmasının tərəfdarı olmuşuq. Lakin cavab olaraq hər gün itirdiyimiz torpaqlardan savayı digər ərazilərimizə erməni əsgərlərinin hücumunun şahidi olmuşuq.
Siz şerinizdə, “müharibə olarsa, uşaqlar qorxusuz quşlardır, başım üzərində oxuyurlar” yazır və erməni dilinə də tərcümə etdirirdiniz.30 ildir 63 şəhid körpə və 3 ildir Zəhra cənnət quşu kimi başımızın üzərində oxuyurlar. O Zəhra ki..
2017-ci ilin iyulun 4-də ermənistan silahlı qüvvələrinin atəşi nəticəsində 2 yaşında həlak oldu. Lakin siz 30 illik müddətdə Azərbaycan ordusu tərəfindən öldürülən bir erməni körpəsinin adını çəkə bilməzsiniz. Çünki,elə bir körpə yoxdur.
(Əlirza Bəhraminin şeri)
“Müharibə vaxti
quşları düşünürəm
Kor siçanlar da
Dincəlmək üçün bir yerləri var
Ancaq quşlar
daim
Çırpınmada
müharibə vaxtı
uşaqlar
qorxusuz quşlardır
başım üzərində oxuyurlar”
LEQAL.AZ