Cənab Prezident İlham Əliyev ölkəmizi dünyada ləyaqətlə təmsil edən əsl liderdir.

Cənab Prezident İlham Əliyev ölkəmizi dünyada ləyaqətlə təmsil edən əsl liderdir.
  • Cəmiyyət

  •            
    Müstəqilliyindən 30 il keçməsinə baxmayaraq Azərbaycan Cənubi Qafqaz regionunda əsas söz sahibi olan dövlət kimi çətin və mürəkkəb geosiyasi şəraitdə müstəqil xarici siyasət həyata keçirir. Bu gün ölkəmiz cənab Prezident İlham Əliyevin rəhbərliyi altında regionun tək ölkəsidir ki, həm inkişaf edir, həm də regional təhlükəsizliyin təmin olunması istiqamətində ardıcıl və sistemli addımlar atır.
               
    Hazırda cənab Prezident İlham Əliyevin Rəhbərliyi altında həyata keçirilən enerji layihələri,regional inteqrasiyaya xidmət edən əməkdaşlıq formaları nəinki Cənubi Qafqazda, eləcə də Qərbi Avropada sabitliyin təmin olunmasında mühüm rol oynayır.
               
    Məhz cənab Prezident İlham Əliyevin uğurlu xarici siyasətinin  nəticəsi özünün İtaliya  Respublikasının Prezidenti Sercio Mattarellanın dəvəti ilə Ali Baş Komandanımızın İtaliyaya rəsmi səfərində göstərir .
               
    İlk növbədə İtaliya Respublikasının Prezidenti cənab Sercio Mattarellanın  cənab Prezident İlham Əliyevi dünyanın güc mərkəzlərindən biri olan İtaliyaya dövlət səfərinə dəvətə və göstərdiyi qonaqpərvərliyə görə təşəkkürümüzü bildiririk.
               
    Cənab Prezident İlham Əliyev İtaliyaya növbəti səfəri Azərbaycan və İtaliya arasında səmimi dostluğun və əməkdaşlığı bir daha gücləndirəcək, bundan əlavə Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin İtaliya-Azərbaycan əlaqələri üçün  yürütdüyü siyasətin, habelə ölkələrimiz arasında bütün istiqamətlərdə - energetika, ticarət, iqtisadiyyat, siyasət və mədəniyyət sahələrində əməkdaşlığın dəyərləndirilməsi üçün çox gözəl fürsət olacaq.
                 
    Bir neçə il bundan əvvəl İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın ölkəmizə səfəri hamımızın yadındadır. Səfər zamanı əldə edilmiş razılaşmalar artıq həyatda öz əksini tapır və bu gün İtaliya-Azərbaycan əlaqələri özünün ən yüksək səviyyəsinə qalxır. Cənab Prezidentimiz İlham Əliyevin uzaqgörən xarici siyasəti sayəsində siyasi, iqtisadi, energetika, mədəniyyət, nəqliyyat demək olar ki, bütün sahələrdə şirkətlərimiz arasındakı əlaqələr yeni pilləyə qalxır. Təbii ki, cənab Prezidentimizin İtaliyaya işgüzar və rəsmi səfəri zamanı imzalanan çoxsaylı  sənədlər ölkələrimiz arasındakı əlaqələri daha da gücləndirəcək. Demək istərdim ki, imzalanan sənədlər içərisində ən vacibi strateji tərəfdaşlığın  gücləndirilməsinə dair “Birgə Bəyannamə” dir. Ölkələrimiz arasında energetika  sahəsində uğurlu nəticələrimiz var. Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında icra edilən Cənub Qaz Dəhlizi artıq yekunlaşmaq üzrədir .
             
    Eyni zamanda cənab Prezident İlham Əliyev “The Europen House-Ambrosetti” beyin mərkəzinə əsas qonaq qismində iştirak etməsindən çox qürur duyuruq və “ The Europen House-Ambrosetti” beyin mərkəzinə cənab prezidentimiz İlham Əliyevin bu vacib tədbirdə çıxışı üçün öz təşəkkürümüzü bildiririk. Cənab Prezidentimizin iştirak etdiyi bu tədbirdə bir çox məsələlər öz əksini tapmışdır.Lakin bu məsələlər içərisində ən vacibi enerji təhlükəsizliyi məsələsidir.
               
    Başda İtaliya Respublikasının Prezidenti Sercio Mattarella olmaqla bütün İtaliya xalqı bilir ki, Azərbaycan Avropa bazarına, əsasən İtaliyaya neft ixrac edən ölkəyə çevrilib . Uzun müddətdir ki, ölkəmiz İtaliyanı neftlə təmin edən əsas ölkəyə çevrilib.



    Babayev Rafis,
    Hüseynhacılı kənd tam orta məktəbinin,
    Tarix müəllimi.


    PAYLAŞ:

    Oxşar xəbərlər