Azərbaycan Prezidenti İlham Əliyevlə Ukrayna dövlət başçısı Volodimir Zelenski arasında telefon danışığı olub.
“Leqal.az” xəbər verir ki, bu barədə Zelenski Tvitter hesabında paylaşım edib.
“Beynəlxalq tərəfdaşlarımızla danışıqlara davam edirəm. Azərbaycan Prezidenti İlham Əliyevlə danışdım. Təmin olunan humanitar yardım və dərman vasitələrini yüksək qiymətləndiririk. Dəstəyiniz üçün təşəkkür edirik”, - o bildirib.
//Qafqazinfo