“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 13 fevral 2022-ci il tarixində Ağdam rayonunda səfərdə olublar. Səfər zamanı cənab Prezident və birinci xanım çox əhəmiyyətli infrastruktur obyektlərinin açılışında iştirak ediblər. Səfər zamanı cənab Prezident verdiyi müsahibəsində bir çox vacib məsələlərə münasibət bildirmişdir. Qeyd olunmuşdur ki, artıq azad edilmiş ərazilərdə istifadəyə verilən yarımstansiyaların sayı 9-a çatıb. İstifadəyə verilən “Ağdam-1” və “Ağdam-2” yarımstansiyalarının fəaliyyəti nəticəsində Ağdam rayonu elektrik enerjisi ilə dayanıqlı şəkildə təmin olunacaqdır. Altı evdən ibarət yaşayış kompleksi il yarıma-iki ilə inşa ediləcək. 210 çarpayılıq Ağdam Mərkəzi Şəhər Xəstəxanasının inşası rayon əhalisinə müasir tələblər səviyyəsində tibbi xidmət göstərməyə imkan yaradacaq. Min nəfər şagird yeri olan məltəb binası tikilir. Ağdama qaz xətlərinin şkilməsi, içməli su ilə təchizat msələləri müvafiq İnvestisiya Proqramında nəzərdə tutulmuşdur. Ağdam rayonunun bərpası ilə bağlı həyata keçirilən kompleks tədbirlər qısa müddət ərzində rayonun yenidən qurulmasına imkan yaradacaq. 190 hektar ərazidə qurulacaq Ağdam Sənaye Parkı təkcə bu rayonun deyil, ətraf rayonların da inkişafına imkan yaradacaq. Azərbaycanın elektroenergetika tarixində ilk dəfə Qarabağ və Şərqi Zəngəzur elektrik şəbəkəsinin Regional Rəqəmsal İdarəetmə Mərkəzi məhz Ağdamda yaradılıb: “Bu Mərkəz vasitəsilə regiondakı bütün elektrik stansiyaları, yarımstansiyalar, ötürmə xətlərinin monitorinqi, açılıb-qoşulmalar, tənzimləmələr və başqa əməliyyatlar avtomatik şəkildə həyata keçirilməsinə imkan yaradır”.
“Cənab Prezident müsahibəsində Azırbaycan-Ermənistan münasibətlərinə toxunaraq qeyd etmişdir ki, Ermənistan-Azərbaycan arasında sülh müqaviləsi bağlanmalıdır. Bu müqavilə beynəlxalq hüququn norma və prinsipləri əsasında qarşılıqlı surətdə ölkələrin ərazi bütövlüyünü tanımaq şərti ilə imzalanmalıdır. Ancaq Azərbaycan xalqı heç vaxt ermənilər tərəfindən törədilmiş vəhşilikləri unutmamalıdır”.
Azərbaycanın dövlət başçısına və birinci xanıma Ağdamda bir neçə yeni yarımstansiyanın açılışında iştirak etmələri, yeni sosial əhəmiyyətli obyektlərin təməlini qoymaları, Ağdam Cümə məscidi və Qarabağ xanlarının türbələri və yaşayış evi - İmarət kompleksində planlaşdırılan işlərlə tanış olmaları öz əksini tapıb . Məlumatlarda vurğulanıb ki, işğal edilən ərazilərdəki digər tarixi-mədəni, dini abidələr kimi Pənahəli xanın imarəti də ermənilər tərəfindən təhqir edilib, vandalizmə məruz qalıb, buradan tövlə kimi istifadə olunub.Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya respublika əhəmiyyətli Ucar-Zərdab-Ağcabədi avtomobil yolunda görülmüş işlər barədə də məlumat verildi.
Bu avtomobil yolu respublikamızın regionları, o cümlədən Ucar, Zərdab, Ağcabədi rayonları arasında iqtisadi əlaqələrin inkişafı, nəqliyyat xərclərinin azaldılması baxımından mühüm əhəmiyyətə malikdir. Bununla yanaşı, ölkəmizin ərazisindən keçən nəqliyyat dəhlizlərini əlaqələndirən yol tranzit xidmətlərinin səmərəliliyinin artırılmasında da mühüm rol oynayacaq.
Layihənin icrası həm də yolboyu yerləşən yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafına böyük töhfə verəcək. Prezident İlham Əliyevin sərəncam və göstərişlərinə əsasən, yolların müasirləşdirilməsi bölgələrimizin turizm, kənd təsərrüfatı potensialını da gücləndirir.
Xanım Əliyeva,
Masallı.