İtkin düşən kursant tapıldı

İtkin düşən kursant tapıldı
  • Cəmiyyət

  • Üç gün əvvəl itkin düşmüş Heydər Əliyev adına Hərbi Akademiyanın kursantı tapılıb.

    “Leqal.az”ın xəbərinə görə, bu barədə Apa-ya kursantın atası Elşən Hüseynov məlumat verib.

    E.Hüseynov bildirib ki, oğlu Vüsal Hüseynli bir neçə dəqiqə əvvəl hərbi polis tərəfindən tapılaraq ailəsinə təhvil verilib.

    Qeyd edək ki, 2000-ci il təvəllüdlü Hüseynli Vüsal Elşən oğlu fevralın 13-ü akademiyaya getmək üçün yaşadığı Sumqayıt şəhərindən Bakıda yerləşən hərbi akademiyaya gəlmək üçün yola düşüb.

    Bundan sonra ondan xəbər olmayıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər