Azərbaycanda son sutkada koronavirusa 3 192 yeni yoluxma faktı qeydə alınıb, 1 259 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 18 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 640 148 nəfər koronavirus infeksiyasına yoluxub.
Onlardan 619 050 nəfər müalicə olunaraq sağalıb, 8 650 nəfər vəfat edib, aktiv xəstə sayı 12 448 nəfərdir.
Ölkədə son sutka ərzində 12 544, hazırkı dövrədək isə 6 094 493 test aparılıb.
LEQAL.AZ