KTMT: Yanvarın 19-dək bütün sülhməramlılar Qazaxıstanı tərk edəcəklər

KTMT: Yanvarın 19-dək bütün sülhməramlılar Qazaxıstanı tərk edəcəklər
  • Cəmiyyət / Maraqlı

  • Kollektiv Təhlükəsizlik Müqavilə Təşkilatının (KTMT) sülhməramlı qüvvələrinin bütün kontingenti yanvarın 19-dək Qazaxıstandan çıxarılmalıdır.

    Bu açıqlama ilə KTMT-nin baş katibi Stanislav Zas çıxış edib.

    “Demək olar ki, bir həftə ərzində bütün bölmələr, bütün şəxsi heyət öz daimi dislokasiya məntəqələrinə qaytarılacaq. Və əgər hava şəraiti müdaxilə etməsə, o zaman rəsmi məlumatlara görə, hər kəsin daimi yerləşdirmə məntəqələrinə qaytarılması planlaşdırılır”, - Stanislav Zas vurğulayıb.

    O, əlavə edib ki, Qazaxıstanda hazırda vəziyyətin normala qayıtdığını söyləmək, yəqin ki, tam doğru olmaz:

    “Qazaxıstanın bütün bölgələrində fövqəladə vəziyyət hələ də aradan qaldırılmayıb. Ancaq vəziyyət yaxşılaşır, dönüş nöqtəsi artıq gəlib və deyə bilərik ki, ölkə normal həyata qayıdır”. /oxu.az

    LEQAL.AZ
    PAYLAŞ:

    Oxşar xəbərlər