Həkimdən əhaliyə ÇAĞIRIŞ: “İkiqat maska taxın!”

Həkimdən əhaliyə ÇAĞIRIŞ: “İkiqat maska taxın!”
  • Cəmiyyət / Maraqlı

  • “Omikron” ştammının yoluxuculuğu çox yüksəkdir. Bunun üçün qapalı məkanlarda ikiqat maska taxılmasını tövsiyə edirik”.

    Bunu “ARB 24”ün “İş vaxtı” verilişinə açıqlamasında həkim Mədinə Abdullayeva deyib.

    O bildirib ki, koronavirusdan qorunmaq üçün əsas vasitə vaksindir:

    “Peyvənd virusa yoluxanları ağırlaşma hallarından və xəstəxanaya düşməkdən qoruyur. Virusdan qorunmaq üçün gigiyena qaydaları da önəmlidir. Həm əl, həm də tənəffüs gigiyenasına riayət edilməlidir, xüsusilə də qapalı məkanlarda”.


    oxu.az
    PAYLAŞ:

    Oxşar xəbərlər