Polşada koronavirusun “Omikron” ştammından ilk ölüm hadisəsi baş verib.
Bu barədə ölkənin Səhiyyə Nazirliyinin nümayəndəsi Voyçex Andruseviç açıqlayıb.
O bildirib ki, “Omikron”dan ölən 92 və 85 yaşlı kişilər vaksin vurdurmayıblar.
Andruseviç həmçinin əlavə edib ki, Polşada ötən həftə ərzində sözügedən ştamma yoluxma 7-8 faiz artıb.
Mənbə: RT