Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Pakistanda qar fırtınası zamanı çoxsaylı insan tələfatı ilə əlaqədar bu ölkənin xalqına və hökumətinə başsağlığı verib.
“Leqal” nazirliyin tviter səhifəsinə istinadən xəbər verir ki, bağsağlığıda deyilir:
“Murree şəhərində qar fırtınası zamanı ekstremal hava şəraiti nəticəsində ən azı 23 nəfərin həlak olması xəbərindən dərin kədərləndik. Qardaş Pakistan xalqına və hökumətinə başsağlığı veririk. Allah faciə qurbanlarının ruhunu şad etsin!”.
Qeyd edək ki, hadisə dünən baş verib. Ölkənin şimalında çovğun nəticəsində yaranan tıxac insan tələfatına səbəb olub. Polisin məlumatına görə, tıxac nəticəsində azı 23 nəfər dünyasını dəyişib. Pakistanın daxili işlər naziri Şeyx Rəşid Əhmədin sözlərinə görə, güclü qar yağan zaman minə yaxın avtomobil magistralda qalıb.