KTMT-nin Rusiya sülhməramlılarının hərbi qulluqçuları və hava-desant texnikası Qazaxıstana çatdırılmaq üçün İvanovo vilayətindəki aerodroma gətirilib.
Bu barədə Rusiya Müdafiə Nazirliyindən bildirib.
“İvanovo vilayətinin hava limanında Qazaxıstan Respublikasına uçan İl-76 hərbi-nəqliyyat təyyarələrinə hərbi qulluqçuların və hava-desant qüvvələrinin yüklənməsinə başlanılıb. Hərbi-nəqliyyat təyyarələri ilə 20-dən çox təyyarə uçuşunun həyata keçirilməsi planlaşdırılır”, - deyə məlumatda qeyd edilir.
Həmçinin bildirilib ki, Rusiya sülhməramlı kontingentinin hərbi qulluqçuları ölkəyə gəldikdən sonra öz tapşırıqlarını yerinə yetirməyə başlayacaqlar.