Rusiya MN sülhməramlıların Qazaxıstanda hansı işlər görəcəyi ilə bağlı göstəriş verdi

Rusiya MN sülhməramlıların Qazaxıstanda hansı işlər görəcəyi ilə bağlı göstəriş verdi
  • Siyasət / Maraqlı

  • Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sülhməramlıları Qazaxıstanda hərbi əməliyyatlara cəlb olunmayacaq.

    Bu barədə Rusiya Müdafiə Nazirliyindən bildirilib. 

    “Qazaxıstan tərəfi ilə razılığa əsasən, KTMT-nin kollektiv sülhməramlı qüvvələrinin hərbi qulluqçuları ölkədə asayişin bərqərar olması üçün yerli hüquq-mühafizə orqanlarının və ordu hissələrinin apardığı əməliyyat-döyüş fəaliyyətinə cəlb edilmir”, - deyə məlumatda vurğulanıb.

    Qeyd olunub ki, Qazaxıstana göndərilən KTMT sülhməramlıları həyati əhəmiyyətli obyektlərin, aerodromların, əsas infrastrukturun mühafizəsi üzrə tapşırıqları yerinə yetirirlər: "Qazaxıstan Respublikasına göndərilən KTMT-nin kollektiv sülhməramlı qüvvələrinin bölmələri öz tapşırıqlarını yerinə yetirməyə başlayıblar. Sülhməramlı kontingentin bölmələri həyati əhəmiyyət kəsb edən obyektlərin, aerodromların, əsas sosial infrastruktur obyektlərinin mühafizəsi üzrə tapşırıqları yerinə yetirir".
    PAYLAŞ:

    Oxşar xəbərlər