“Rəfail nümunəvi əsgər olduğuna görə orduda qalmışdı” - Qubadlıda öldürülən hərbçinin anası

“Rəfail nümunəvi əsgər olduğuna görə orduda qalmışdı” - Qubadlıda öldürülən hərbçinin anası
  • Cəmiyyət / Maraqlı

  • Qubadlıda hərbçi yoldaşı Elxan Əzizli tərəfindən qətlə yetirildiyi bildirilən 22 yaşlı gizir Rəfail İbrahimovun anası Zeynəb İbrahimova oğlu haqda danışıb.

    "Leqal" Yeniavaz.com-a istinadən xəbər verir ki,  o, Rəfailin 2 ildir hərbidə xidmət etdiyini deyib:

    “Son danışığı bayram günü oldu. Deyirdi ki, hər şey yaxşıdı, özüm də yaxşıyam. Hərbi xidməti dövründə də nümuməvi əsgər olduğuna görə fəxri fərmanlarla təltif olunmuşdu. 44 günlük Vətən müharibəsində də iştirak edib. Laçın rayonunun Güləbird kəndində xidmətində idi.

    Nümunəvi əsgər olduğuna görə hərbi xidmətini başa vurduqdan sonra qalıb orduda xidmətini davam etdirirdi.

    Oğlum evin tək övladı, hətta nəslin yeganə oğul övladı idi. Balam gənc idi, çoxlu arzuları vardı. Sərhəd qoşunlarında xidmət edirdi”.


    Rəsmi açıqlamaya görə, Sərhəd Qoşunlarının “Qubadlı” əlahiddə sərhəd diviziyasının xidməti ərazisində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Əvəzli Elxan Məhəmməd oğlu naməlum səbəbdən öz xidməti silahından atəş açmaqla xidmət etdiyi sərhəd zastavasının hərbi qulluqçuları baş leytenant İsmayılov Yusif İsmayıl oğlunu, kiçik gizir Cəlilzadə Amil Fuar oğlunu və kiçik gizir İbrahimov Rəfail Natiq oğlunu qətlə yetirib.

    E.Əzizli hadisə yerindən qaçsa da, Laçın rayonu ərazisində saxlanılıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər