Azərbaycan Ordusunun hərbi qulluqçusu Kəlbəcər rayonunun Bağlıpeyə yaşayış məntəqəsində minaya düşüb.
Müdafiə Nazirliyi redaksiyamızın sorğusuna cavab olaraq hadisəni təsdiqləyib. Qeyd olunur ki, əsgər Eyniyev Yusif Süleyman oğlu yanvarın 2-də Bağlıpəyə yaşayış məntəqəsi istiqamətində piyada əleyhinə mina partlayışı nəticəsində xəsarət alıb. Y.Eyniyev hərbi tibb müəssisəsinə təxliyə edilib.
İstintaq aparilir.
***
22:22
Kəlbəcər rayonunun Zülfüqarlı kəndində Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu minaya düşüb.
Məlumata görə, zərərçəkən Gəncədəki xəstəxanalardan birinə yerləşdirilib. Həkimlər əsgərin ayağını amputasiya etməyə məcbur olublar. /virtualaz.org
LEQAL.AZ