Koronavirusun “Omikron” ştammı dünya üzrə yoluxma hallarının ildırım sürəti ilə artmaına gətirib çıxarıb və avidaşımaları iflic edib. virtualaz.org BBC rus xidmətinə istinadən xəbər verir ki, Fransada pandemiyanın başlanmasından bu yana ilk dəfə bir gün ərzində 100 mindən çox yoluxma qeydə alınıb. Yoluxma üzrə lider isə ABŞ-dır, bu ölkədə gündəlik yoluxma sayı 184 mini keçib. Böyük Britaniyada bu rəqəm 120 mindən çox olub, İtaliyada isə 55 mindən çox yeni yoluxma aşkarlanıb.
Fransa “Omikron” ştammının yayıldığı Böyük Britaniya ilə səyahət qadağası tətbiq etsə də bütün bu məhdudiyyətlərə baxmayaraq pandemiyanın yeni və daha irimiqyaslı dalğasının qarşısını almaq mümkün olmayıb. Yoluxanların sayının bu cür kəskin artmasına görə xəstəxanalarda yerlər dolub, hökumət ölkə daxilində sərt karantin tədbirlərinə əl atmağa hazırlaşır. Digər Avropa ölkələri də bir-birinin ardınca sərt karantin tətbiq etməkdədir.
Habelə milyonlarla insanın Yeni il gəzintisi planları pozulub. Çünki bütün dünya üzrə minlərlə aviareyslər təxirə salınıb. Təyyarələri idarə etməyə pilot yoxdur və aviaşirkətlər bildirir ki, personal koronavirusa yoluxduğundan reysləri həyata keçirə bilmirlər. Ötən iki gün ərzində 6 mindən çox aviareysin təxirə salındığı bildirilir, onlardan 900-a yaxını ABŞ-ın payına düşür.
ABŞ-ın baş infeksionisti Entoni Fauçi bildirib ki, Yeni il səyahətləri “Omikron” ştammının daha sürətə yayılmasına gətirib çıxaracaq, hətta tam peyvənd olunanlar da yoluxacaqlar.
Xatıladaq ki, İran da ötən gün "Omikron" ştammının yayılmasının qarşısını almaq üçün qonşu ölkələrlə quru sərhədlərini bağladığını elan edib. Digər qonşu ölkə Gürcüstanda da bu ştamm qeydə alınıb, amma yeni ştamma yoluxanların sayı hələlik 60-dan çox deyil./virtualaz.org
LEQAL.AZ