Xəbər verdiyimiz kimi Masallı Bioloji Təbabət klinikasının Cərrahiyyə Mərkəzində Azərbaycan səhiyyəsi üçün əlamətdar sayılan cərrahiyyə əməliyyatı həyata keçirilmişdir. Belə ki, Masallı Bioloji Təbabət klinikasının Türkiyədə təhsil almış uzman ümumi cərrahı, həkim Alim Əkbərov və klinikanın peşəkar tibb heyəti tərəfindən "Tək kəsikli endoskopik qalxanabənzər vəzinin çıxarılması əməliyyatı” baş tutmuşdur. Əməliyyatın ilk olma xüsusiyyəti bundadır ki, insanın boyun nayihəsində kəsik aparmadan, qoltuq altından tək portla girilməklə əməliyyat olunmuşdur.
Klinikaya boyunda şişkinlik şikayəti ilə müraciət edən 56 yaşlı xanım pasiyent klinik, laborator və instrumental müayinələrdən keçirildikdən sonra onda qalxanabənzər vəzinin ( yəni zob) sağ payında 2 sm-lik düyün aşkar olundu. Protokola əsasən İİAB (incə iynə aspirasiya biopsiyası) təyin edildi, İİAB-nin nəticəsi follikulyar neoplazma olaraq bildirildi.
Xəstə sağ hemitiroidektomiya qərarı ilə əməliyyata alındı. Əməliyyat ilk dəfə olaraq tək kəsikli endoskopik üsulla icra olunmuşdur.
Masallı Rayon İcra Hakimiyyətinin təsisçiliyi ilə nəşr edilən «Yeni həyat» qəzetinin əməkdaşı xəbər verir ki, cərrahiyyə əməliyyatı 1.5 saat davam etmişdir. Əməliyyatdan sonra pasiyent palataya verilmiş və 1 gün sonra evə yazılmışdır.
Qeyd edək ki, endoskopik tiroid (zob) cərrahiyyəsi dünyada çox nadir icra olunan əməliyyatlardan biridir. Bu əməliyyat çox az sayda ölkələrdəhəyata keçirilir. Xatırlatmaq yerinə düşər ki, endoskopik tiroid cərrahiyəsi ölkəmizdə də bir neçə üsulla icra olunurdu (BABA, ABBA, TOETVA). Lakin SIET (Tək kəsiklə endoskopik tiroidektomiya) üsulu ilə qalxanabənzər vəzinin çıxarılması əməliyyatı ilk dəfə Masallı Bioloji Təbabət Klinikasında icra olundu. Beləliklə, Masallı Bioloji Təbabət klinikasının Türkiyədə təhsil almış uzman ümumi cərrahı, əslən Masallıdan olan həkim Alim Əkbərovun bu əməliyyatı artıq ölkəmizi də həmin ölkələr siyahısına daxil etmişdir.
Uğur olsun.
Əlavə olaraq bildirik ki, Türkiyənin məşhur "Akdeniz Universiteti Xəstəxanası"ndan dəvətli ümumi cərrahiyyə uzmanı həftə içi hər gün Masallı Bioloji Təbabət klinikasında pasiyentlərin qəbulunu həyata keçirəcək.
Uzman doktor Alim Əkbərovun müayinə və müalicə etdiyi xəstəliklər:
-Mədə-bağırsaq sistemi xəstəlikləri;
-Anorektal xəstəliklər (hemoroid-babasil, anal fissur, anal fistul və s.);
-Qaraciyər ve öd yollarının xəstəlikləri;
-Öd kisəsi xəstəlikləri;
-Diafraqma yırtığı;
-Süd vəzi xəstəlikləri;
-Qalxanabənzər vəzi xəstəlikləri;
-Mədəaltı vəzi xəstəlikləri;
-Nazik və qalın bağırsağın cərrahi xəstəlikləri;
-Böyrəküstü vəzi xəstəlikləri və s.
Uzman doktor Alim Əkbərovun icra etdiyi cərrahi əməliyatlar:
-Qalxanabənzər vəzin (zob) neyromonitorla əməliyyatı;
-Süd vəzi cərrahiyyəsi;
-Laparoskopik diafraqma yırtığı əməliyyatı;
-Laparoskopik öd kisəsi əməliyyatı;
-Laparoskopik kor bağırsaq əməliyyatı;
-Laparoskopik göbək yırtığı, qasıq yırtığı, kəsik yeri yırtığı əməliyyatları;
-Laparoskopik dalaq cərrahiyyəsi;
-Laparoskopik böyrəküstü vəzi cərrahiyyəsi;
-Proktoloji əməliyyatlar (babasil, bağırsaq çatı, fistul, prolapsus, rektosel);
-Laparoskopik nazik ve qalın bağırsaq əməliyyatları;
-Laparoskopik qaraciyər əməliyyatları;
-Bariatrik cərrahiyyə (mədə kiçiltmə əməliyyatı);
-Abdominoplastika (qarın gərmə əməliyyatı) və s.
Təhsil və iş məlumatları:
2008-2014-cü illər ATU “Müalicə profilaktika” fakültəsi;
2016-2021- ci illər Akdeniz Universiteti, Tibb fakültəsi, Ümumi cərrahiyyə ixtisası.
LEQAL.AZ