Türkmənistan Prezidenti Ərdoğanı xüsusi medalla təltif edib

Türkmənistan Prezidenti Ərdoğanı xüsusi medalla təltif edib
  • Cəmiyyət

  • Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkmənistana rəsmi səfər edib.

    Səfər çərçivəsində R.T.Ərdoğanla Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov arasında təkbətək görüş olub.

    Bunun ardınca iki ölkənin nümayəndə heyətlərinin iştirakı ilə geniştərkibli görüş keçirilib.

    Görüşlərdə Türkiyə ilə Türkmənistan arasında enerji, turizm və ticarət məsələləri başda olmaqla bir sıra məsələlər müzakirə edilib.

    Həmçinin Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı ölkələrarası münasibətlərin yüksək səviyyəyə çatmasına görə, bu ölkənin “Ali” medalı ilə təltif edib.

    LEQAL.AZ

    PAYLAŞ:

    Oxşar xəbərlər