Masallıda "Dini radikalizm və narkomaniya ilə mübarizədə təhsilin rolu " mövzusunda seminar-treninq keçirilmişdir

Masallıda "Dini radikalizm və narkomaniya ilə mübarizədə təhsilin rolu " mövzusunda seminar-treninq keçirilmişdir
  • Cəmiyyət

  • 12 noyabr 2021-ci il tarixdə  Masallı şəhəri Sakit Tağıyev adına 4 saylı tam orta məktəbində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı bölgəsi üzrə şöbəsi və Masallı Rayon Polis Şöbəsinin (RPŞ) təşkilatçılığı ilə pandemiya qaydalarını gözləməklə “Dini radikalizm və narkomaniya ilə mübarizədə təhsilin rolu” mövzusunda seminar-treninq keçirilib.

    Maarifləndirmə məqsədi daşıyan tədbirdə DQİDK-nin Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov, Masallı Rayon Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantıAzay Ağayev,Masallı Rayon Polis Şöbəsinin rəis müavini, polis mayoru  Elşən Talıbov,Masallı Rayon Təhsil Şöbəsinin metodisti Hörmət Balakişiyev,məktəbin direktoru Hamlet Quliyev, müəllim və şagirdlər iştirak ediblər.

    Çıxışlarda tədbirin əhəmiyyətindən danışılıb və bildirilib ki, gəncləri dini radikal qrupların təsirindən uzaq tutmaq üçün onlara dolğun bilik vermək, həmçinin İslam dinini düzgün şəkildə, olduğu kimi çatdırmaqdır. Belə tədbirlərin təhsil ocaqlarında keçirilməsinin yeniyetmə və gənclərin dini maarifləndiriliməsində və onların dini radikal qrupların təsirindən uzaq olmasında mühüm əhəmiyyət daşıdığı vurğulanıb.

    Qeyd edilib ki, İslam dünyasında son vaxtlar  radikallıq meyllərinin artması ilk öncə İslamın özünə böyük bir zərbədir. Tədbirdə həmçinin dini radikalizmin İslam aləmində yaratdığı fəsadlardan və bu təsirlərə ən çox məruz qalan zumrənin müasir gənclər olduğu vurğulanıb.

    Eyni zamanda bu gün bəşəriyyəti düşündürən, narahat edən ən ağrılı problemlərdən biri və ən başlıcası, cəmiyyətin ciddi bəlasına, xalqın, millətin təhlükə mənbəyinə çevrilən narkomaniyadır. Bu bəlaya qarşı aparılan mübarizə metodlarından istifadə etməyin lazım olduğunu, bu sahədə ciddi addımların atılmasının, təbliğat işlərinin artıtılmasının vacibliyi diqqətə çatdırılaraq vurğulandı ki, narkomaniya insanları ölümə doğru gedən yola aparır və bu yolda insanlar təkcə özlərini deyil, onlara aid olan bütün dəyərləri itirir.

    Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırlıb.

    LEQAL.AZ

    PAYLAŞ:

    Oxşar xəbərlər