“Qərb bölgəsi üzrə gənclərin natiqlik çempionatı” layihəsinin “Final Mükafatlandırma və Bağlanış Mərasimi” keçirilib

“Qərb bölgəsi üzrə gənclərin natiqlik çempionatı” layihəsinin “Final Mükafatlandırma və Bağlanış Mərasimi” keçirilib
  • Cəmiyyət

  • Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi "Vətəndaş Cəmiyyətində Debat" İB-nin tərəfdaşlığı, Gəncə Gənclər Evinin dəstəyi ilə ilə keçirilən “Qərb bölgəsi üzrə gənclərin natiqlik çempionatı” lahiyəsinin “Final Mükafatlandırma və Bağlanış Mərasimi” keçirilib.

    Finalda gənclər Vətən Müharibəsinə həsr olunmuş - “Ölkələrarası münaqişələrin həllində diplomatiya siyasəti hərbi gücdən üstün tutulmalıdır” mövzusunda müzakirələr aparıblar.

    Təsdiq tərəfdən “Petrichor”, inkar tərəfdən “Legenda” komandasının mübarizə apardığı final oyununda daha uğurla çıxış edən ”Legenda” komandası forumun qalibi adına layiq görülüb.

    Forum ən yaxşı natiqləri:

    I yer – Samirə Şərifova

    II yer – Ömər Sadıqov

    III yer – Anar Atakişiyev

    IV yer – Dilarə Cəlilova

    V yer – Xalid Xəlilov

    VI yer - Yusif Əliyev


    Tədbirin rəsmi hissəsini giriş sözü ilə açan Gəncə Gənclər Evinin əməkdaşı Şəhliyar Hacıyev Gəncədə debat fəaliyyətinin tarixindən, hazırkı vəziyyətindən və Gənclər evində gənclər üçün yaradılan imkanlardan danışıb.

    Daha sonra çıxış edən Gəncə Regional Debat Mərkəzinin sədri Gündüz Əliyev mərkəzin fəaliyyətindən və uğurlarından söz açıb.

    Layihə rəhbəri Akif Ağalarov çıxışında Gənclər Fondunun fəaliyyətindən danışaraq gənclər üçün yaradılan imkanlara görə təşəkkürünü bildirib.

    Sonda çıxış edən layihənin ekspert-təlimçisi Etiram Sadıqzadə layihə çərçivəsində daha əvvəldən Gəncə, Şəmkir və Qazaxda keçirilən təqdimat, təlimlər haqqında məlumat verib.

    Sonda qalib komandaya kubok və medal,ən yaxşı natiqlərə medal,bütün iştirakçılara sertifikat verilib.

    LEQAL.AZ
    PAYLAŞ:

    Oxşar xəbərlər