Masallıda şəhid valideynləri ilə görüş

Masallıda şəhid valideynləri ilə görüş
  • Cəmiyyət / Maraqlı

  • Masallı rayonunda Vətən müharibəsi şəhidlərinin valideynləri və ailə üzvləri ilə görüş keçirilib.

    Rəhim Tağıyev adına Masallı Tarix-Diyarşünaslıq Muzeyində təşkil olunan tədbir öncəsi şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

    Muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Əntiqə Tağıyeva, Masallı Dövlət Rəsm Qalereyasının direktoru vəzifəsini icra edən Təhmasib Məcidov şəhidlik zirvəsinə ucalan igidlərimizin həyat və döyüş yolunun yeni nəslə tanıdılması yönümündə vətənpərvərlik mövzusunda maarifləndirmə tədbirlərinin əhəmiyyətindən danışıb, fədakar övladlar yetişdirdiklərinə görə şəhid valideynlərinə minnətdarlıq bildiriblər.

    İki şəhid anası Ziba Əsgərli xalqımıza böyük Zəfər bəxş edən hər bir igidimizlə fəxr etdiklərini diqqətə çatdırıb.

    Sonra tədbir iştirakçıları Rəsm Qalareyasında sərgilənən şəhid portretləri və hərbçi əşyalarına baxış keçiriblər.

    Şəhid valideynləri sərgidə nümayiş etdirilən övladlarının portretlərini ərsəyə gətirən rəssam Ehtiram Məmmədova təşəkkür ediblər.


    Akif AĞAYEV,
    MASALLI.


    PAYLAŞ:

    Oxşar xəbərlər