Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?
  • Cəmiyyət / Maraqlı

  • Sabaha olan hava proqnozu açıqlanıb.

    Milli Hidrometeorologiya Xidmətindən Leqal.az-a verilən vməlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

    Lakin səhər yarımadanın bəzi yerlərində çiskinli olacağı ehtimalı var. Cənub küləyi əsəcək.

    Havanın temperaturu gecə 11-13° isti, gündüz 15-17° isti olacaq.

    Bakıda gecə 11-13° isti, gündüz 15-17° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək - 770 mm civə sütunundan 765 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 faiz olacaq.

    Tibbi-meteoroloji proqnoz

    Sabah Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da bəzi meteohəssas insanlar üçün əsasən əlverişlidir.

    Azərbaycanın rayonlarında hava yağmursuz olacaq. Lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 7-12° isti, gündüz 13-18° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti , gündüz 3-8° isti olacaq.
    PAYLAŞ:

    Oxşar xəbərlər