Azərbaycanda daha 2189 nəfər koronavirusa yoluxub, 28 nəfər ölüb

Azərbaycanda daha 2189 nəfər koronavirusa yoluxub, 28 nəfər ölüb
  • Cəmiyyət

  • Azərbaycanda son sutkada koronavirus (COVID-19) infeksiyasına 2189 yeni yoluxma faktı qeydə alınıb, 1585 nəfər müalicə olunaraq sağalıb.

    Nazirlər Kabineti yanında Operativ Qərargahdan Leqal.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 28 nəfər vəfat edib.

    İndiyədək ölkədə ümumilikdə 529109 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 492 374 nəfər müalicə olunaraq sağalıb, 7 049 nəfər vəfat edib. 29 686 nəfər aktiv xəstə sayını təşkil edib.

    Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 14 051, bu günə qədər isə ümumilikdə 5 183 839 icra olunub.
    PAYLAŞ:

    Oxşar xəbərlər