Azərbaycanda daha 51 nəfər koronavirusa yoluxub, ölən olmayıb

Azərbaycanda daha 51 nəfər koronavirusa yoluxub, ölən olmayıb
  • Cəmiyyət

  • Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 51 yeni yoluxma faktı qeydə alınıb, 76 nəfər müalicə olunaraq sağalıb.

    Nazirlər Kabineti yanında Operativ Qərargahdan LEQAL.AZ-a verilən məlumata görə, ölüm faktı olmayıb.

    İndiyədək ölkədə ümumilikdə 335 676 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 329 870 nəfər müalicə olunaraq sağalıb, 4 965 nəfər vəfat edib. 841 nəfər aktiv xəstə sayını təşkil edib.

    Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 879, bu günə qədər isə ümumilikdə 3 706 051 test icra olunub.
    PAYLAŞ:

    Oxşar xəbərlər