Zəngilanın Ağalı kəndi

Zəngilanın Ağalı kəndi
  • Cəmiyyət

  • Prezident İlham Əliyev Zəngilan rayonuna səfər edib. O, qeyd edib ki, Zəngilan rayonunun gözəl mənzərəsi, səfalı məkanı var, hamısını bərpa edəcəyik. Prezident İlham Əliyev Üçüncü Ağalı kəndində də olub. Üçüncü Agalı kəndindədə ermənilər yaşayıblar, amma görün nə gündə yaşayıblar. Biz deyəndə ki, işğal edilmiş torpaqlarda ermənilər səfalət içində yaşayırlar, bax, budur bunun sübutu. Bizim kəndimizə gəliblər, kəndimizin böyük hissəsini dağıdıblar.

    Ermənilərin zəbt etdikləri evlərimiz. İndi Üçüncü Ağalı kəndinin sakinləri yəqin ki, tanıyar bu ev kimindir. Gələsən, başqasının torpağını zəbt edəsən, insanları evsiz-eşiksiz qoyasan, onların evində yaşayasan, xarabalığa çevirəsən, sonra da deyəsən ki, bu, qədim erməni torpağıdır. Saxtakarlar, oğrular, yalançılar, vəhşilər bizim torpaqlarımızı 30 ilə yaxın müddət ərzində işğal altında saxlayıblar. Bütün bu videosənədlər hüquqi müstəvidə bizim təzminat davamız üçün əşyayi-dəlil olacaq.

    Birinci Ağalı kəndi. Bura da dağıdılıb. Amma bəzi evlər qalıb. Ermənilər bizim evlərimizdə yaşayıblar. Bundan sonra özümüz yaşayacağıq öz evlərimizdə. Onlar da getsinlər öz vətənlərində yaşasınlar.

    Evin yarısını söküb, o biri tərəfdə yaşayıb. Baxın, nə günə qoyublar. Talançılar!

    Vəhşi düşmən keçib bu torpaqlardan, dağıdıb ki, heç vaxt Azərbaycan əhalisi buraya qayıtmasın. İnşallah, hamımız qayıdacağıq. Hər şey dağıdılıb.

    Orada artıq Azərbaycan bayrağı ucaldılıb. Hərbi hissələr tikiblər ki, torpaqlarımızı əbədi işğal altında saxlasınlar, amma rədd etdik onları, qovduq torpaqlarımızdan. Torpaqların sahibləri qayıdır.

    Baxın, ağacları necə qırıblar. Baxın, vəhşi düşmən neyləyib, bütün ağacları kəsib. Zəngilanın çox zəngin təbiəti var, nadir meşələri var. Çinar ağacları. Baxın, neyləyib düşmən. Baxsın bütün dünya, ermənipərəst qüvvələr bu günə qədər kimi müdafiə edirlər? Bizə qarşı qətnamələr qəbul edən ölkələr baxsınlar, gözlərini açsınlar. Riyakar siyasətçilər açın gözlərinizi, baxın. Sizin parlamentləriniz qətnamələr qəbul edib. Bizim üçün o qətnamələrin heç bir əhəmiyyəti yoxdur, bir kağız parçasıdır. Amma iş ondadır ki, bizə qarşı yenə əsassız ittihamlar irəli sürülür. Fransa parlamentinin deputatları, Belçika, Hollandiya parlamentlərinin deputatları, baxın, sizin sevimli ermənilər nələr ediblər bu torpaqlarda? Açın xəritəyə baxın, ensiklopediyaya baxın, görün Zəngilan rayonu, Qubadlı rayonu hansı ölkənin tərkib hissəsidir. Qətnamələr qəbul edirsiniz. Başınıza dəysin bu qətnamələr.


    Əfsanə Kərimova,
     Masallı Gənclər Evinin əməkdaş.
    PAYLAŞ:

    Oxşar xəbərlər