Televiziya və Radio Akademiyasına yeni rektor təyin olunub

Televiziya və Radio Akademiyasına yeni rektor təyin olunub
  • Cəmiyyət

  • “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin Televiziya və Radio Akademiyasının rektoru Faiq Hüsiyev vəzifəsindən azad edilib.

    LEQAL.AZ xəbər verir ki, bu barədə AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

    Bildirilib ki, QSC-nin sədri Rövşən Məmmədov Əməkdar mədəniyyət işçisi Telli Pənahqızının bu vəzifəyə təyin edilməsi ilə bağlı əmr imzalayıb.

    Akademiyanın keçmiş rektoru Faiq Hüsiyev isə AzTV-nin İctimai-siyasi Proqramlar Studiyasının Analitik qrupunun rəhbəri təyin olunub.

    Qeyd edək ki, Telli Pənahqızı 1980-ci ildən AzTV-də çalışır.

    Bu təyinata kimi QSC-nin baş proqram direktorunun müavini vəzifəsində işləyirdi.

    2019-cu ildən Milli Televiziya və Radio Şurasının üzvüdür.
    PAYLAŞ:

    Oxşar xəbərlər