Sabah 42 dərəcə isti olacaq

Sabah 42 dərəcə isti olacaq
  • Cəmiyyət

  • Avqustun 14-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən LEQAL.AZ-a verilən məlumata görə, şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

    Havanın temperaturu gecə 25-28, gündüz 34-38, Bakıda gecə 26-28, gündüz 36-38 dərəcə olacaq.

    Atmosfer təzyiqi 757 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-70 %, gündüz 35-40 % olacaq.

    Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi arabir güclənəcək.

    Havanın temperaturu gecə 22-27, gündüz 35-40, bəzi yerlərdə 41-42, dağlarda gecə 16-21, gündüz 23-28 dərəcə olacaq.
    PAYLAŞ:

    Oxşar xəbərlər