Azərbaycanda koronavirusa yoluxanların sayı artdı

Azərbaycanda koronavirusa yoluxanların sayı artdı
  • Cəmiyyət

  • Azərbaycanda koronavirus infeksiyasına daha 146 yeni yoluxma faktı qeydə alınıb, 73 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

    Nazirlər Kabineti yanında Operativ Qərargahdan Unikal.org-a verilən məlumata görə, son sutkada ölüm faktı qeydə alınmayıb.

    İndiyədək ölkədə ümumilikdə 337 602 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 330 946 nəfər müalicə olunaraq sağalıb, 4 988 nəfər vəfat edib, aktiv xəstə sayı 1668 nəfərdir.

    Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9046, ötən müddət ərzində isə ümumilikdə 3 876 962 test aparılıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər