Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 136 yeni yoluxma faktı qeydə alınıb, 57 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında operativ qərargahdan LEQAL.AZ-a verilən məlumata görə, son sutka ərzində koronavirus infeksiyasından iki nəfər ölüb.
İndiyədək ölkədə ümumilikdə 337 098 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 330 725 nəfər müalicə olunaraq sağalıb, 4 984 nəfər vəfat edib, aktiv xəstə sayı 1 389 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 463, ötən müddət ərzində isə ümumilikdə 3 842 136 test aparılıb.
Qeyd edək ki, dünənki statistikada son sutka ərzində 174 nəfərdə koronavirusa yoluxma aşkarlanmışdı.