Azərbaycanda koronavirus infeksiyasına daha 69 yeni yoluxma faktı qeydə alınıb, 40 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
LEQAL.AZ xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Son sutkada COVID-19-dan 3 nəfər dünyasını dəyişib.
İndiyədək ölkədə ümumilikdə 337 323 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 330 802 nəfəri müalicə olunaraq sağalıb, 4987 nəfər vəfat edib, aktiv xəstə sayı isə 1534 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6271, ötən müddət ərzində isə ümumilikdə 3 858 551 test aparılıb.