Ani körpə ölümlərini artıran səbəblər

Ani körpə ölümlərini artıran səbəblər
  • Cəmiyyət

  • Ani uşaq ölümü sindromu problemi olmayan 1 yaşa qədər körpələrdə görülür. Ani və gözlənilməz ölümə “Beşik ölümü” də deyilir. "Beşik ölümü" körpə oğlan uşaqlarında əsasən saat 10:00-22:00 arası yuxu zamanı olur. Ölümlərin 90 faizi altı aya qədər olan körpələrdə olur.

    LEQAL.AZ  xəbər verir ki, Amerika Xəstəliklərə Nəzarət Sağlamlıq Mərkəzi körpə ölümlərinin daha çox səhv yatızdırma forması və yataq dəstlərinin düzgün qurulmamasından qaynaqlandığını açıqlayıb.

    Mərkəz əlavə olaraq 1 yaşınadək minlərlə körpənin doldurulmuş heyvan oyuncaqları, adyal, hava keçirməyən yataq dəstləri, yumşaq döşəklər və beşikdəki digər əşyalardan boğulduğunu açıqlayıb.

    Professor Vefik Arıca körpələrin bir yaşına qədər üzü aşağı yatızdırılmaması lazım olduğunu bildirib:

    “Körpəni kürəyi üstə yatızdırmaq lazımdır. Görülən tədbirlər sayəsində ölümlərin üçdə iki qədər azalda bilərik. Körpə üzü üstə yatanda yastıq arasında karbon dioksid nisbəti artır və körpə huşunu itirir və qəfil ölüm olur. Körpə yorğan və ya qalın örtüklərlə örtüləndə, nəfəsini kəsərək qəfil ölümə səbəb ola bilər. Yataq düz və möhkəm bir yerdə olmalıdır. Beşikdə doldurulmuş və ya yumşaq oyuncaq ayı olmamalıdır. İlk altı ayda körpə ayrı bir yataqda yatmalıdır”.

    Araşdırmalar zamanı bir aydan bir yaşa qədər yuxu zamanı əmzik istifadəsinin körpələrin ani ölüm nisbətini 90 faiz azaltdığı məlum olub. Körpə siqaret çəkilən mühitə girməməlidir. Ana, ata və körpə arasında dəri təması da ölüm nisbətlərini azaldır. Göstərilən qaydalara əməl etdikdə körpələrin ölümü baş verməz. Ən azı sadaladığımız səbəblər onların ölümünə yol açmaz./lent.az
    PAYLAŞ:

    Oxşar xəbərlər