Tarixə yazılmış qardaşlıq nümunəs

Tarixə yazılmış qardaşlıq nümunəs
  • Cəmiyyət

  • İyunun 15-i ölkəmizdə çox əlamətdar bir gündür. Hər il həmin gün respublikamızda geniş miqyasda təntənə ilə qeyd olunur. Məhz 28 il əvvəl iyunun 15-də Azərbaycanda yeni mərhələnin başlanğıcı oldu. Ulu öndər Heydər Əliyev Ali Sovetin Sədri seçilməklə ölkəmiz parçalanmadan, xəritədən birdəfəlik silinməkdən, xaos və anarxiyadan qurtuldu. 28 il sonra, 2021-ci il iyunun 15-i yenə də əlamətdar hadisə ilə yaddaşlara əbədi həkk olundu. 30 ilə yaxın bir müddətdə işğal altında olan, lakin Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və rəşadətli ordumuzun gücü ilə düşməndən azad edilmiş Şuşada Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Bəyannamə imzalandı.

    Şuşa Bəyannaməsi iki qardaş ölkə arasında möhkəm münasibətləri bir daha təsdiqləyərək, gələcəyimizin üfüqlərini müəyyənləşdirir. Müttəfiqlik haqqında Bəyannamə iki qardaş, dost və qonşu ölkə arasında əlaqələri ən yüksək səviyyəyə qaldırır. Bu sənəddə göstərilən müddəalar keyfiyyətcə daha yüksək işbirliyinin təminatıdır. Bu təminatlı gələcəyə imza atmaq siyasi iradə, cəsarət, beynəlxalq vəziyyəti və geostrateji reallıqları qiymətləndirmək və gələcəyi görmək bacarığı tələb edirdi. 2021-ci il iyunun 15-də imzalanan Şuşa Bəyannaməsi ilə ən yeni dövr tariximizin, Qafqaz tarixinin, Türk dünyası tarixinin yeni mərhələsinin əsası qoyuldu!

    Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürk və Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin müdrikcəsinə söylədikləri “Azərbaycanın sevinci bizim sevincimizdir, kədəri bizim kədərimizdir” və “ Bir millət, iki dövlət “ ifadələri xalqımızın birliyini milli-mənəvi dəyərlər müstəvisində təmin edir.

    Prezident İlham Əliyevin vurğuladığı kimi, Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyənin qardaşlığını bütün dünyaya bildirən bir mesajdır. Şuşada dalğalanan ay-ulduzlu müqəddəs bayraqlar ölkələrimizin birliyini nümayiş etdirir. Bu, dosta sevinc, qürur, düşmənə göz dağıdır”.


    Ramil Seyfullayev, Masallı şəhər sakini
    PAYLAŞ:

    Oxşar xəbərlər