Masallı rayonunda Qurban Bayramı münasibətilə ərazi nümayəndələri, bələdiyyələr və xeyriyyəçilər tərəfindən ehtiyac sahibi ailələrə göstərilmiş yardımlar barədə

Masallı rayonunda Qurban Bayramı münasibətilə ərazi nümayəndələri, bələdiyyələr və xeyriyyəçilər tərəfindən ehtiyac sahibi ailələrə göstərilmiş yardımlar barədə
  • ---

  • Masallı şəhər ərazisində nümayəndəlik tərəfindən 18 ailəyə, xeyriyyəçilər tərəfindən isə 20 ailənin hər birinə 2 kq olmaqla qurban əti paylanılmışdır.

    Masallı şəhər ərazisində bələdiyyə tərəfindən Qurban bayramı münasibətilə ümumilikdə 126 nəfər aztəminatlı və sosial cəhətdən həssas kateqoriyaya aid şəxsə ərzaq yardımı göstərilmişdir (5800 manat).

    Ərkivan qəsəbə ərazisində nümayəndəlik və bələdiyyənin təşkilatçılığı ilə Qurban bayramı ilə əlaqədar şəhid ailələrinə, qazilərə və aztəminatlı ailələrə bələdiyyə tərəfindən 50 ailənin hər birinə 2 kq qurban əti, 8 ailəyə isə 1150 manat məbləğində maddi yardım göstərilmişdir (2850 manat).

    Ərkivan Xeyriyyə Cəmiyyəti tərəfindən 205 ailəyə hər birinin dəyəri 60 manat olan qurban əti və ərzaq yardımı verilmişdir (12 300 manat).

    Xeyriyyəçilər tərəfindən 463 ailəyə qurban payı verilmişdir (21 540 manat).

    Ümumilikdə 718 ailəyə 36 690 manat məbləğində yardım göstərilmişdir.

    Boradigah qəsəbəsində Milli Məclisin deputatı Məşhur Məmmədov tərəfindən 182 ailənin hər birinə 2 kq olmaqla qurban əti paylanılmışdır.

    Bədəlan ərazisinin Çayqıraq kəndində xeyriyyəçi tərəfindən 70 aztəminatlı ailənin hər birinə 3 kq olmaqla ümumilikdə 210 kq qurban əti paylanılmışdır.

    Bədəlan ərazisinin Bədəlan kəndində xeyriyyəçi tərəfindən 90 aztəminatlı ailənin hər birinə 2 kq olmaqla ümumilikdə 180 kq qurban əti paylanılmışdır.

    Bədəlan ərazisinin Bədəlan kəndində xeyriyyəçilər tərəfindən Qurban bayramı ilə əlaqədar 28 aztəminatlı ailəyə ərzaq yardımı göstərilmişdir (1400 manat).

    Bədəlan ərazisinin Çayqıraq kəndində Qurban bayramı ilə əlaqədar aztəminatlı ailələrə hər birinə 3 kq olmaqla ümumilikdə 200 kq qurban əti paylanılmışdır (3400 manat).

    Bədəlan ərazisinin Bədəlan kəndində xeyriyyəçi tərəfindən şəhid, qazi və aztəminatlı ailələrə hər birinə 2 kq olmaqla ümumilikdə 210 kq qurban əti paylanılmışdır.

    Bədəlan ərazisinin Dəmirçi kəndində xeyriyyəçi tərəfindən Qurban bayramı ilə əlaqədar aztəminatlı ailələrə hər birinə 3 kq olmaqla ümumilikdə 150 kq qurban əti paylanılmışdır.


    Bədəlan ərazisində xeyriyyəçi tərəfindən aztəminatlı ailələrə hər birinə 3 kq olmaqla ümumilikdə 180 kq qurban əti paylanılmışdır.

    Bədəlan ərazisinin Aşurlu kəndində xeyriyyəçi tərəfindən 20 aztəminatlı ailənin hər birinə dəyəri 32 manat olan ərzaq yardımı verilmişdir (640 manat).

    Bədəlan ərazisində Qurban bayramı ilə əlaqədar xeyriyyəçilər tərəfindən ümumilikdə 21 250 manat məbləğində yardım göstərilmişdir (ərzaq yardımları da daxil olmaqla).

    Böyük Kolatan ərazisində Milli Məclisin deputatı Məşhur Məmmədov tərəfindən şəhid ailələrinin hər birinə 3 kq, 79 aztəminatlı ailənin hər birinə isə 2 kq olmaqla ümumilikdə 167 kq qurban əti paylanılmışdır (2839 manat).

    Böyük Kolatan ərazisində xeyriyyəçi tərəfindən 130 aztəminatlı ailənin hər birinə 2 kq olmaqla ümumilikdə 260 kq qurban payı verilmişdir.

    Böyük Kolatan ərazisində xeyriyyəçi tərəfindən 10 aztəminatlı ailənin hər birinə 2 kq olmaqla ümumilikdə 20 kq qurban payı verilmişdir.

    Banbaşı ərazisində xeyriyyəçilər tərəfindən 300 ailəyə 823 kq Qurban payı verilmişdir.

    Güllütəpə ərazisində şəhid atası Arif Muradov tərəfindən 68 aztəminatlı ailənin hər birinə 30 manat olmaqla ümumilikdə 2040 manatlıq qurban əti verilmişdir.

    Güllütəpə ərazisində xeyriyyəçi tərəfindən 7 ailənin hər birinə 2,5 kq qurban əti və ərzaq ərzaq yardımı göstərilmişdir. ( 440 manat).

    Güllütəpə ərazisində xeyriyyəçilər tərəfindən 50 aztəminatlı ailənin hər birinə 2 kq olmaqla qurban əti verilmişdir (1500 manat).

    Güllütəpə ərazisində Qurban bayramı münasibətilə şəhid Firdovsi Bağırzadənin anası ziyarət olunmuş və qurban payı verilmişdir.

    Təzə Alvadı ərazisində xeyriyyəçilər tərəfindən 30 aztəminatlı ailəyə Qurban bayramı ilə əlaqədar ərzaq yardımı və qurban əti paylanılmışdır (2900 manat).

    Təzə Alvadı ərazisində 2 şəhid ailəsi ziyarət edilmiş və Qurban bayramı ilə əlaqədar hər birinə 100 manat dəyərində olmaqla ümumilikdə 200 manat məbləğində qurban əti və ərzaq yardımı verilmişdir.

    Qarğalıq ərazisində Milli Məclisin deputatı Məşhur Məmmədov tərəfindən Qurban bayramı münasibətilə 6 şəhid ailəsinə 3 kq, 100 aztəminatlı ailənin hər birinə 2 kq olmaqla qurban əti paylanılmışdır.

    Qarğalıq ərazisində nümayəndəliyin daxili imkanları hesabına 10 nəfərə 2 kq qurban əti paylanılmış, 2 nəfərə isə ərzaq yardımı göstərilmişdir (400 manat).

    Musakücə ərazisində Milli Məclisin deputatı Məşhur Məmmədov tərəfindən Qurban bayramı münasibətilə 55 aztəminatlı ailənin hər birinə 2 kq olmaqla qurban əti paylanılmışdır.

    Musakücə ərazisində xeyriyyəçilər tərəfindən 40 ailənin hər birinə dəyəri 110 manat olan ət və ərzaq yardımı göstərilmişdir (4440 manat).

    Viləş ərazisində Milli Məclisin deputatı Məşhur Məmmədov tərəfindən Qurban bayramı münasibətilə 4 şəhid ailəsinə 3 kq, 37 imkansız ailənin hər birinə 2 kq olmaqla qurban əti paylanılmışdır.

    Viləş ərazisində xeyriyyəçilər tərəfindən 72 aztəminatlı ailəyə ümumilikdə 190 kq qurban əti verilmişdir.


    Viləş ərazisində şəhid məzarlarının ətrafında təmizlik işləri aparılmışdır.

    Qızılavar ərazisində Milli Məclisin deputatı Məşhur Məmmədov tərəfindən 1 şəhid ailəsinə 3 kq, 60 aztəminatlı ailənin hər birinə isə 2 kq olmaqla qurban əti paylanılmışdır.

    Qızılavar ərazisində nümayəndəlik tərəfindən 21 aztəminatlı ailəyə Qurban bayramı ilə əlaqədar ət yardımı göstərilmişdir.

    Qızılavar ərazisində Qurban bayramı ilə əlaqədar xeyriyyəçi tərəfindən 40 aztəminatlı ailənin hər birinə 3 kq olmaqla qurban əti paylanılmışdır.

    Mahmudavar ərazisində Milli Məclisin deputatı Məşhur Məmmədov tərəfindən Qurban bayramı münasibətilə 4 şəhid ailəsinə 3 kq, 102 aztəminatlı ailənin hər birinə isə 2 kq olmaqla qurban əti paylanılmışdır.

    Yeddioymaq ərazisində Milli Məclisin deputatı Məşhur Məmmədov tərəfindən 183 aztəminatlı ailəyə və 3 şəhid ailəsinə ümumilikdə 553 kq qurban əti verilmişdir.

    Tüklə ərazisində Milli Məclisin deputatı Məşhur Məmmədov tərəfindən Qurban bayramı münasibətilə 56 ailəyə (11 şəhid ailəsi, 12 müharibə iştirakçısı və əlili, 33 imkansız ailə) ümumilikdə 116 kq qurban əti paylanılmışdır.

    Köhnə Alvadı ərazisində xeyriyyəçi tərəfindən 23 aztəminatlı ailənin hər birinə 3 kq olmaqla qurban əti paylanılmışdır.

    Köhnə Alvadı ərazisində xeyriyyəçilər tərəfindən 10 aztəminatlı ailəye hər biri 2 kq olmaqla qurban əti paylanılmışdır.

    Qızılağac ərazisində Milli Məclisin deputatı Məşhur Məmmədov tərəfindən 6 şəhid ailəsinin hər birinə 3 kq, 98 aztəminatlı ailənin hər birinə isə 2 kq olmaqla qurban əti paylanılmışdır.

    Qızılağac ərazisində xeyriyyəçilər tərəfindən 120 aztəminatlı ailənin hər birinə 2 kiloqram olmaqla ət yardımı göstərilmişdir.

    Sığdaş ərazisində Milli Məclisin deputatı Məşhur Məmmədov tərəfindən 4 şəhid ailəsinin hər birinə 3 kq, 40 aztəminatlı ailənin hər birinə isə 2 kq olmaqla ümumilikdə 92 kq qurban əti paylanılmışdır.

    Öncəqala ərazisində xeyriyyəçilər tərəfindən I Qarabağ və Vətən müharibəsi şəhidlərinin ailələrinə, qazilərə və müharibə iştirakçılarına ərzaq yardımı göstərilmişdir. Ümumilikdə 18 ailəni əhatə edən yardımın dəyəri 381 manat təşkil etmişdir.

    Öncəqala ərazisində nümayəndəliyin təşəbbüsü və kənd xeyriyyəçilərinin maliyyə dəstəyi ilə Qurban bayramı ilə əlaqədar 11 aztəminatlı ailəyə ərzaq yardımı göstərilmişdir (324 manat).

    Öncəqala ərazisində nümayəndəliyinin təşəbbüsü və xeyriyyəçilrin maliyyə dəstəyi ilə 10 aztəminatlı ailənin hər birinə 2 kq olmaqla qurban əti paylanılmışdır.(360 manat)

    Şıxlar ərazisində Yeddioymaq bələdiyyəsi tərəfindən 6 aztəminatlı ailənin hər birinə 2 kq qurban əti verilmiş, həmçinin 2 aztəminatlı ailəyə 230 manat məbləğində maddi yardım göstərilmişdir.

    Türkoba ərazisində xeyriyyəçilər tərəfindən 32 aztəminatlı ailənin hər birinə 3,5 kq olmaqla qurban payı verilmişdir (1792 manat).

    Çaxırlı ərazisində Təklə bələdiyyəsi tərəfindən şəhid ailələri və aztəminatlı ailələrdən ibarət 10 ailənin hər birinə 2,5 kq olmaqla qurban payı verilmişdir.

    Göyəçöl ərazisində xeyriyyəçilər tərəfindən 37 pay 2 kq, 17 pay 2,5 kq və 20 pay 2 kq olmaqla ümumilikdə 74 aztəminatlı ailəyə qurban əti paylanılmışdır.

    Şərəfə ərazisində xeyriyyəçilər tərəfindən 20 aztəminatlı ailənin hər birinə 2 kq olmaqla qurban əti paylanılmışdır (700 manat).

    PAYLAŞ:

    Oxşar xəbərlər