Ərkivan qəsəbə ərazisində bələdiyyə tərəfindən Şəhid Mahir Bünyadov küçəsində 100 metr, Şəhid Əfruz Cəfərov küçəsində isə 400 metr məsafədə məsafəyəə çınqıl tökülərək hamarlanmışdır.Ərkivan qəsəbə ərazisində şəhid Famil Əlizadənin doğum günü ilə əlaqədar şəhidin ailəsi və məzarı ziyarət olunmuşdur.
Ərkivan qəsəbə ərazisində yerləşən Şəhidlər parkında alaq otları biçilmiş, park və qəbiristanlıq ərazilərində iməcilik və abadlıq işləri aparılmışdır.
Ərkivan qəsəbə ərazisində şəhid məzarları və bulaqlarının üzərindəki bayraqlar yeniləri ilə əvəz olunmuşdur.
Ərkivan qəsəbə ərazisində şəhid Anar Novruzovun doğum günü ilə əlaqədar məzarı ziyarət olunmuşdur.
Boradigah qəsəbə nümayəndəliyi və bələdiyyə tərəfindən şəhid İbrahim Rükabzadənin atasının doğum günü münasibətilə ailəsi ziyarət olunmuşdur.
Xıl ərazisində nümayəndəlik tərəfindən şəhid Milli Qəhrəman Elşad Hüseynovun və şəhid Elgün Mikayıllının məzarları üzərindəki bayraqlar yeniləri ilə əvəz olunmuşdur.
Ərkivan qəsəbə ərazisində şəhid Anar Novruzovun doğum günü ilə əlaqədar məzarı ziyarət olunmuşdur.
Boradigah qəsəbə nümayəndəliyi və bələdiyyə tərəfindən şəhid İbrahim Rükabzadənin atasının doğum günü münasibətilə ailəsi ziyarət olunmuşdur.
Xıl ərazisində nümayəndəlik tərəfindən şəhid Milli Qəhrəman Elşad Hüseynovun və şəhid Elgün Mikayıllının məzarları üzərindəki bayraqlar yeniləri ilə əvəz olunmuşdur.
Xıl ərazisində şəhid Elgün Mikayıllının doğum günü ilə əlaqədar tədbir keçirilmişdir. Tədbir zamanı şəhidlərin abidəsi ziyarət olunmuşdur.
Xıl ərazi nümayəndəliyi tərəfindən şəhid məzarları ziyarət olunmuş və ətraflarında təmizlik işləri aparılmışdır.
Təzə Alvadı ərazisinin Əhmədli kəndində Birinci Qarabağ müharibəsi şəhidi Abışov Məhəmməd Əlinəğı oğlunun doğum günü ilə əlaqədar məzarı ziyarət olunmuşdur.
Təzə Alvadı kənd qəbiristanlığında şəhid məzarlarının ətrafı alaq otlarından təmizlənmişdir.
Təzə Alvadı ərazisində nümayəndəlik tərəfindən şəhid Eltac Əhədovun məzarı ziyarət olunmuşdur.
Təzə Alvadı ərazisində Şəhid Milli Qəhrəman Elşad Əhədov adına Təzə Alvadı kənd futbol stadionunun giriş hissəsində yerləşən şəhidin şəkli yenisi ilə əvəz edilmişdir.(200 manat).
Lürən ərazisində şəhid Faiq Şükürovun və şəhid Namiq Həmidovun ailəsi ziyarət olunmuşdur.
Türkoba ərazisində nümayəndəlik və bələdiyyə tərəfindən şəhid Ənvər Əliyevin ailəsi ziyarət edilmiş, həmçinin şəhid Natiq Əkbərovun məzarı ziyarət olunmuşdur.
Türkoba ərazisində şəhid Səttar Hüseynovun məzarı ziyarət edilmişdir. Milli Məclisin deputatı Məşhur Məmmədovun köməkçisi tərəfindən şəhid Şöhrət Əliyevin anası ziyarət olunaraq ərzaq yardımı göstərilmişdir. Həmçinin şəhid Anar Məmmədovun ailəsinə ərzaq yardımı təqdim edilmişdir.
Sərçuvar ərazisində nümayəndəlik və bələdiyyə tərəfindən şəhid Səməndər İsgəndərovun atası Vahid İsgəndərova bələdiyyə tərəfindən icarəyə verilməsi nəzərdə tutulan torpaq sahəsinə baxış keçirilmişdir. Şəhid atası ot biçinindən sonra sahənin hansı hissəsini götürəcəyini bildirəcəyini qeyd etmişdir.
Sərçuvar ərazisində şəhid atası Vahid İsgəndərovla görüş keçirilmiş və əvvəllər birinci mərtəbəsini tikdiyi yarımtikilinin ikinci mərtəbəsinin inşası üçün layihənin hazırlanmasının vacibliyi izah olunmuşdur.
Sərçuvar ərazisində Milli Qəhrəman Səfəralı Məmmədovun ailəsi və məzarı ziyarət edilmişdir.
Musakücə ərazisində şəhid məzarlarının üzərindəki bayraqlar yeniləri ilə əvəz olunmuşdur.
Musakücə ərazisində 20 Yanvar şəhidlərinin xatirəsinə ucaldılmış abidənin ətrafında alaq otları biçilmiş, ağaclar budanmışdır.
Şərəfə ərazisində bələdiyyə tərəfindən şəhid Valeh Kərimovun ailəsinin yaşadığı həyətə çınqıl tökülərək hamarlanmışdır.
Böyük Kolatan ərazisində Birinci Qarabağ müharibəsi şəhidi, itkin düşmüş Simran Rzayevin ailəsi evində ziyarət edilmişdir.
Viləş ərazisində Aprel döyüşləri şəhidi Nurlan Əsgərlinin Azərbaycan Respublikası Prezidentinin "Vətən uğrunda" medalı valideynlərinə təqdim olunmuşdur.
Güllütəpə ərazisində Aprel şəhidi Firdovsi Bağırzadənin Azərbaycan Respublikası Prezidentinin "Vətən uğrunda" medalı anasına təqdim edilmişdir.
Köhnə Alvadı kəndində Birinci Qarabağ müharibəsi şəhidi Əsgərov Əlihasil Hüsi oğlunun adını daşıyan tam orta məktəbdə şəhidimizin portretinin təqdimat mərasimi keçirilmişdir. Tədbirdə millət vəkili iştirak etmişdir.
Köhnə Alvadı ərazisində şəhid Zöhrab Həsənovun məzarı və ailəsi ziyarət olunmuşdur.
Yeyənkənd ərazisində nümayəndəlik və bələdiyyə tərəfindən Birinci Qarabağ müharibəsi şəhidi İsmayılov Ərzuman Əlizamin oğlunun doğum günü münasibətilə məzarı ziyarət olunmuşdur.
Mahmudavar ərazisində Birinci Qarabağ müharibəsi şəhidi Mübariz Şahbazovun və İkinci Qarabağ müharibəsi şəhidi Röyad Məmmədovun ailələri ziyarət olunmuşdur.
Mahmudavar ərazisində şəhid Nayib Qasımovun məzarı ziyarət olunmuşdur. Həmçinin şəhidlər abidəsi ziyarət edilmişdir.
Tüklə ərazisində doğum günləri ilə əlaqədar deputat Məşhur Məmmədovun köməkçisi Əli Nağıyevin iştirakı ilə şəhid Əli Nəcəfovun və şəhid Rəsul Xanverdiyevin məzarları ziyarət olunmuşdur. Bundan başqa, şəhid Rəsul Xanverdiyevin ailəsi ilə görüş keçirilmişdir.
Tüklə ərazisində Şəhid Zəfər Xəlilovun məzarı anım günü ilə əlaqədar ziyarət olunmuşdur.
Qarğalıq ərazisində şəhid Elşən Qarayevin anım günü ilə əlaqədar məzarı ziyarət olunmuşdur.
Həsənli ərazisində şəhid Azər Musayevin anım günü və şəhid Əli Rəhimovun doğum günü ilə əlaqədar məzarları ziyarət olunmuşdur.
Xırmandalı ərazisində nümayəndəlik tərəfindən Birinci Qarabağ müharibəsi şəhidi Rüstəm Qasımovun doğum günü ilə əlaqədar məzarı ziyarət olunmuşdur.
Xırmandalı ərazisində Şəhidlər bağında abadlıq işləri görülmüşdür.
Təklə ərazisinin Mollahəsənli kəndində xeyriyyəçi tərəfindən şəhid Firuddin Dəmirovun adını daşıyan 1100 metr uzunluğunda küçəyə çınqıl tökülərək hamarlanmışdır (2100 manat).
Viləş, Təzəkənd, Öncəqala, Mahmudavar, Həsənli, Xırmandalı, Təzə Alvadı, Qarğalıq, Güllütəpə, Yeddioymaq, Səmədxanlı, Banbaşı və Qızılağac ərazilərində şəhid ailələri ziyarət olunmuşdur.
Böyük Kolatan, Mahmudavar, Sığdaş, Şıxlar, Təzəkənd, Qarğalıq, Xırmandalı, Öncəqala, Həsənli, Güllütəpə, Hişkədərə, Göyəçöl, Musakücə, Banbaşı və Yeddioymaq ərazilərində şəhid məzarları ziyarət olunmuşdur.