Statistika İdarəsi tərəfindən "Bələdiyyələrin statistika hesabatları"na dair təlimatı-müşavirə keçirilmişdir

Statistika İdarəsi tərəfindən "Bələdiyyələrin statistika hesabatları"na dair təlimatı-müşavirə keçirilmişdir
  • ---

  • 10 aprel 2026-cı il tarixində Masallı Rayon Statistika İdarəsi tərəfindən rayonda fəaliyyət göstərən yerli özünüidarəetmə orqanlarının statistik hesabat təqdim edən məsul əməkdaşlarının iştirakı ilə "Bələdiyyələrin statistika hesabatları"na dair təlimatı-müşavirə keçirilmişdir.

    Müşavirədə 16 bələdiyyə nümayəndəsi və Statistika İdarəsinin müvafiq sahə üzrə əməkdaşları iştirak etmişdir.

    Müşavirəni giriş sözü ilə açan Masallı Rayon Statistika İdarəsinin rəisi Ramin Bəgəlizadə bildirmişdir ki, dövlət idarəçiliyinin səmərəli təşkili, regionların sosial-iqtisadi inkişafının planlaşdırılması və proqnozlaşdırılması dəqiq və obyektiv statistik məlumatlara söykənir. Statistik məlumatların keyfiyyəti bizim üçün prioritet məsələdir. Görüşümüzün əsas məqsədi bələdiyyələr tərəfindən təqdim olunan rəsmi statistika hesabatlarıın vəziyyətinin təhlil etmək və hesabatların online rejimdə yazılmasını təqdim etməkdir.
     
    Çıxışa davam edən Masallı Rayon Statistika İdarəsinin rəis müavini Ülfət Məmmədov hesabatların müddətləri barədə məlumat vermiş və digital login ilə təqdim üsullarını izah etmişdir.
     
    Masallı Rayon Statistika İdarəsinin məsləhətçisi Elmin Əliyev tərəfindən hesabatların doldurulmasına dair izahlar təqdim edilmişdir.
    Sonda bələdiyyələrin statistik hesabatlara dair sualları cavablandırılmışdır.







    PAYLAŞ:

    Oxşar xəbərlər