Masallıda “Şəhərsalma və Memarlıq ili” çərçivəsində növbəti ağacəkmə aksiyası – 10.04.2026

Masallıda “Şəhərsalma və Memarlıq ili” çərçivəsində növbəti ağacəkmə aksiyası – 10.04.2026
  • ---

  • 10 aprel 2026-cı il tarixdə Masallı şəhər ərazisində Masallı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 2026-cı ilin “Şəhərsalma və Memarlıq ili” çərçivəsində növbəti ağacəkmə aksiyası təşkil olunub.
    Aksiyada Masallı Rayon İcra hakimiyyətinin başçısı Araz Əhmədov və aparatı, hüquq-mühafizə orqanları, idarə-müəssisə, təşkilat rəhbərləri, Masallı Dövlət Regional Kollecinin Meşə və park ixtisası üzrə təhsil alan tələbələri, Masallı rayon Mənzil Kommunal Təsərrüfatı İstehsalatı Birliyinin kollektivi, həmçinin ictimaiyyət nümayəndələri fəal iştirak ediblər. 

    Tədbir zamanı Masallı şəhərinin girişində olan dairədə 350 ədəd zeytun ağacı əkilmiş və mövcud yaşıllıqlara aqrotexniki qulluq göstərilmişdir.

    Aksiyada Masallı Rayon İcra hakimiyyətinin başçısı Araz Əhmədov çıxış edərək qeyd etmişdir ki, həyata keçirilən belə aksiyalar rayonun ekoloji mühitinin yaxşılaşdırılmasına, yaşıllıq sahələrinin genişləndirilməsinə və şəhərsalma mədəniyyətinin inkişafına mühüm töhfə verir. 

    Eyni zamanda, sakinlər arasında təbiətə qayğı və ətraf mühitin qorunması istiqamətində maarifləndirmə işlərinin gücləndirilməsinə xidmət edir.
    Sonda rayon rəhbəri “Şəhərsalma və Memarlıq ili” çərçivəsində Masallı rayonunda bu kimi tədbirlərin davamlı olaraq keçirilməsinin nəzərdə tutulduğunu bildirmiş və tədbir iştirakçıları ilə xatirə şəkilləri çəkdirmişdir.





    PAYLAŞ:

    Oxşar xəbərlər