06 aprel 2026-cı il tarixində Masallı Rayon Mərkəzi Xəstəxanasının ərazisində “Şəhərsalma və Memarlıq ili” çərçivəsində ətraf mühitin yaxşılaşdırılması məqsədilə ağacəkmə aksiyası həyata keçirilmişdir.
Belə ki, xəstəxananın həyətində yaşıllıq zolaqlarının artırılması məqsədilə 50-yə yaxın şam ağacı və gül kolları əkilmiş, ərazi daha estetik və ekoloji baxımdan sağlam mühitə çevrilmişdir.
Görülən işlər həm xəstələrin, həm də tibb işçilərinin daha rahat və xoş mühitdə fəaliyyət göstərməsinə xidmət edir.
Bu cür təşəbbüslər rayonun ümumi abadlıq səviyyəsinin yüksəldilməsinə, eyni zamanda ekoloji tarazlığın qorunmasına mühüm töhfə verir.
