Təhsil Nazirliyinin rəsmisindən valideynlərə

Təhsil Nazirliyinin rəsmisindən valideynlərə
  • Təhsil

  • Təhsil Nazirliyi rus bölməsi üzrə birinci sinfə qəbul olmaq istəyən şagirdlərin müsahibələrinə valideynlərin müdaxilə etməməsi ilə bağlı çağırış edib.

    LEQAL.AZ oxu.az-a istinadən xəbər verir ki, Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdir müavini Orxan Abbasov birinci sinfə qəbulla bağlı keçirilən onlayn brifinqdə bildirib.

    O deyib ki, valideynləri müsahibələr zamanı uşaqlara kömək etməməyə çalışsınlar:

    “Onlar bununla övladını çaşdırır və psixoloji təzyiq edirlər. Valideynlər onlayn müsahibələrə qoşulmağa yardım edə bilərlər. Hər bir valideynin müdaxiləsi bizim işçilər tərəfindən bilinir. Bu, uşaqların nəticəsinin qənaətbəxş sayılmamasına səbəb ola bilər”.
    PAYLAŞ:

    Oxşar xəbərlər