Aprelin 24-dən “Dərs vaxtı” yeni formatda yayımlanacaq

Aprelin 24-dən “Dərs vaxtı” yeni formatda yayımlanacaq
  • Təhsil

  • Aprelin 24-dən etibarən “Dərs vaxtı” yeni formatda yayımlanacaq.

    Bu barədə LEQAL.AZ-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, bu dəfə müəllimlər canlı yayım vasitəsilə şagirdləri maraqlandıran suallara aydınlıq gətirəcək, çətinlik çəkdikləri məsələləri, açıq tipli və situasiya tapşırıqlarını, qavranılması çətin olan mövzuları izah edəcəklər.

    Sözügedən dərslər hər şənbə günü saat 11:00-da Təhsil Nazirliyinin rəsmi feysbuk səhifəsi üzərindən canlı yayımlanacaq.

    Sualları canlı yayım zamanı feysbuk postunun rəy bölməsində qeyd etmək və ya [email protected] ünvanına yazıb göndərmək olar.

    Təhsil Nazirliyi dərsləri “Dərs vaxtı”nda izləməyi tövsiyə edir.
    PAYLAŞ:

    Oxşar xəbərlər