Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsi”ndə Masallı şəhər N.Nərimanov adına 2 saylı tam orta məktəbin qalib olduğu “Gələcəyimizin könüllüləri” layihəsinə start verilib.
Layihənin məqsədi şagirdləri vətənsevər, insanpərvər, milli-mənəvi dəyərlərimizə bağlı ruhda yetişdirmək və onlar üçün distant formatda könüllülüklə bağlı təlimlər təşkil etməkdir.
İlk distant təlim Masallı rayonunun Ərkivan qəsəbə C.Cabbarlı adına 1 saylı tam orta məktəbin şagirdləri üçün təşkil edilib.
Onlayn təlimdə əvvəlcə Qarabağ döyüşlərində şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra virtual tədbir iştirakçılarını Vətən müharibəsində qazanılan Qələbəyə görətəbrik edən Masallı şəhər N.Nərimanov adına 2 saylı tam orta məktəbin direktoru vəlayihə rəhbəri Mehriban Əzizova layihənin donoru, məqsədi və gedişatı haqqında məlumat verib.
Layihə çərçivəsində hazırlanmış “Gələcəyimizin könüllüləri” adlı sosial çarx təqdim edilib. (Sosial çarxı izləmək üçün keçid https://www.youtube.com/watch?v=etTa5S4pCsE )
Distant təlimdə çıxış edən Masallı rayon Təhsil Şöbəsinin müdir müavini Samit İslamov layihənin ideyasının aktual olduğunu, könüllülərin ölkəmizdə hər zaman diqqətlə izlənildiyi və onlar üçün yaradılan imkanlardan bəhs edib.
Layihənin eksperti Dilbər İbayeva2020-ci ilin Azərbaycan Respubliksası Prezidenti cənab İlham Əliyev tərəfindən “Könüllülər ili” adlandırılmasını könüllülərə olan qayğı və diqqətin nəticəsi olduğunu bildirib. O, bu kimi layihələrin şagirdlərdə ruh yüksəkliyi yaratdığını, vətənə və cəmiyyətə könüllü dəstək olmağı həvəsləndirəcəyini qeyd edib.
Layihənin təlimçisi Rafət Şirəliyev könüllülük haqqında Azərbaycan Respublikasının qanunu, könüllük fəaliyyətinin təşkili, ölkəmizdə keçirilən yerli və beynəxlalq tədbirlərdə könüllülərin iştirakı, onların əldə etdiyi bilik və bacarıqları, karyera imkanları və fərdi inkişafı haqqında distant təlim keçib.
Məlumat üçün bildirək ki, Masallı rayonunun 16 məktəbini əhatə edəcəklayihədən ümumilikdə 320 şagird (hər məktəbdən 20 şagird)faydalanacaq.
AKİF AĞAYEV