Şuşanın təhsil statistikası açıqlanıb

Şuşanın təhsil statistikası açıqlanıb
  • Təhsil

  • Təhsil Nazirliyi Şuşa rayonunun təhsil statistikasını açıqlayıb.

    Nazirlikdən LEQAL.AZ-a bildirilib ki, Şuşada 1992-1993-cü tədris ilində - işğal olunana qədər 23 təhsil müəssisəsi fəaliyyət göstərib. Məktəblərdə təhsil alan şagirdlərin sayı 2 min 836, müəllimlərin sayı isə 582 nəfər olub. Hazırda – 2020-2021-ci tədris ilində rayon üzrə fəaliyyət göstərən 21 təhsil müəssisəsində müəllimlərin ümumi sayı 457, şagirdlərin sayı isə 5 min 380 nəfərdir.
    PAYLAŞ:

    Oxşar xəbərlər